Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Lavrov- Kalantaryan Azərbaycana erməni səfir göndərmək istəyirdi, prezident qarşısını aldı”
Elçin Axundzadə

Bizimyol.info-nun müsahibi politoloq, Beynəlxalq İnsan Haqları Komitəsinin (Human rights) Azərbaycan üzrə direktor müavini Elçin Axundzadədir.

- Elçin bəy, təşkilatınız nə məqsədlə yaradıldı, onu digər QHT-lərdən fərqləndirən cəhət nədir?

-2018-ci ildə Azərbaycanda İnsan Haqları Komitəsinin filialı açıldı. Təşkilatımızın baş ofisi Fransanın Paris şəhərindədir, dünyanın 70 ölkəsində filialı var, BMT də qeydiyyatdan keçib. Özümüzü maliyyələşdiririk. O zaman bizə İsmayıl Ağayev rəhbər təyin edildi, o indi həm də Beynəlxaq Diaspora Təşkilatının sədridir. Mən də siyasi məsələlər üzrə birinci müavin təyin olundum. Beynəlxalq statusa malik QHT-yik. Heç kimə tabe deyilik. Biz Azərbaycandan xaricdə və ölkə daxilində dövlətçilik naminə iş görən, lakin sapı özümüzdən olan baltalar tərəfindən incidilən insanları qoruyuruq. Həm dövlətin millətin qırmızı xətti var. Dövlətçilik, şəhidlərimiz, torpaqlarımız, müqəddəs dəyərlərimiz kimi. Bu mənim də qırmızı xəttimdir. Təşkilatın beynəlxalq imicindən istifadə edib dövlətin maraqlarını qorumaq bizim əsas məqsədimizdir. Məqsədimiz Azərbaycanın bütün bəla və problemlərini istər rəsm, istər qeyri-rəsmi görüşlərdə səfirlərə çatdırmaq, Azərbaycanımıza dostlar qazanmaq idi. Bu mənim üçün məsələn çox xoş bir mükafat oldu - Bir Avropa ölkəsinin səfiri fəaliyyətini başa çatdırıb gedirdi. Vida ziyafətində o bildiri di ki, Elçin Axundzadənin gördüyü iş adını çəkmək istəmədiyi bir nazirliyin görməli olduğu işdən çoxdur.

-Bu günə qədər izləyicilər sizi yalnız politoloq kimi tanıdılar. İstərdim özünüzü tanıdasınız

-Naxçıvanski adına hərbi liseyi bitidirm. Daha sonra Heydər Əliyevin göstərişi ilə Moskvada xüsusi statusa malik hərbi məktəbdə təhsil aldım. Qarabağ savaşı başlayanda ulu öndər xaricdə olan tələbələrə geri qayıtmağı tövsiyə etdi, mən də onun çağırışına səs verdim. Mən qəlbən ruhən Heydərçiyəm. Bu fikrimdə tam səmimiyəm.Atəşkəs imzalanana qədər Qarabada döyüşdüm. Daha sonra Moskvaya getdim. Lujkovun təsis etdiyi Monolit holdinqdə baş direktorun müavini vəzifəsinə qədər yüksəldim.2011-ci ildə Azərbaycanda “Güclü Azərbaycan” Qeyri Hökumət Təşkilatını yaratdı. İlham Əliyevin Nobel sülh mükafatı alması üçün namizədliyini irəli sürdük. Bu ideyanı irəli sürənlərdən biri mən idim. İki səbəb var idi. Birincisi İlham Əliyev gördüyü işlərlə bu kriteriyalara tam cavab verirdi.Həqiqətən böyük quruculuq işləri aparmışdı. İkincisi Nobel mükafatı maliyyəni Azərbaycan neftindən qazanıb, ilkin kapital Bakı neftinin puludur. Bu mükafatı alana 1 milyon dollar verilir. Niyə görə bizim prezidentimiz layiq görülməməli idi?Amma pezidentimiz çox təvazökar insandır və o namizədliyinin irəli sürülməsini istəmədi. Halbuki namzidəliyin verilməsi üçün kifayət qədər yüksək distansiyalara qədər gedib çıxmışdıq.

- Sülh mükafatını Qorbaçov kimi qaniçən də aldı. Bəzən ən yersiz adamların ən gözlənilməz nominasiyalarda mükafat aldığını görürük. Bu işdə də azərbaycansayağı görüm-baxım məsələsi keçirmi?

-Təbii ki, keçir. Rüşvət keçmir, amma müəyyən maraqlara xidmət var.

Elçin Axundzadə

- Siz tam olaraq insan hüquqlarının müdafiəçisi kimi çıxış edirsiniz. Bilmək istəyirəm hər zaman “haqqımız tapdanır” deyən müxalifətçilərin də hüquqlarını qoruyursunuzmu?

- Mən hökumətdən maliyyə almıram. Hökumt təşkilatı deyiləm.Öz resurslarımızdan dövlətçilik üçün istifadə edirəm.Mənim üçün hakim tərəf, müxalifət tərəf yoxdur, mən dövlətçiyəm dövlətim var, Azərbaycançılıq var. Azərbaycanın maraqları var. Mən Heydərçiyəm bəli, bunu hər yerdə, həmişə deyirəm, amma bu o demək deyil ki, mən ədalətsizəm, yeri gəldi, gəlmədi, ancaq hakimiyyət deyənləri təkrarlayıram. Düzünü dediyim üçün başım çox çəkib.Əgər həqiqətən bir insanın hüquqlarının tapdandığını düşünürəmsə onun müdafiəsinə qalxıram.Məsələn mən blogger Mehman Hüseynova görə kifayət qədər ciddi addımlar atdım, danışıqlar apardıq, ona qarşı həqiqətən haqsızlıq vardı.

- Əli Kərimli döyüldüyünü iddia etdi, polislər əksinə. Nə reaksiya verdiniz?

- Əli Kərimli qanunlar çərçivəsində özünü müdafiə edə bilər. Ona hansısa polis ziyan vurubsa bunu Avropa Məhkəməsinə, Beynəlxalq Məhkəməyə çıxara və haqqını tələb edə bilər. Bilirsinizmi bizdə çox məmurlar öz işlərini düzgün yerinə yetirmirlər. Görməli olduqları iş qalır kənarda görməli olmadıqlarını edirlər. Prezident hər məmurun yerinə qərar verməməlidir. Onların da işini prezident görəcəkdisə daha onda bu məmurlar, nazirlər, nazir müavinləri, icra başçıları nəyə lazım idi? Bir işi görəndə 2-3 addım irəlini düşünmək lazımdır. Çünki gördükləri işə beynəlxalq qiymət verilir, onların etdiyi hər əyri addım prezidentə vurulan zərbədir. Prezidentimiz bütün səfirlərə hücum taktikasını tövsiyə edib, deyir diasporlarla işləyin. Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun çıxışı isə məni yumşaq desək heyrətləndirdi.Bülbüloğlu deyir ki, mən bir ildir diasporla işləmirəm. 70-dən çox yaxşı yaşı var. Deyir görüşlər keçirsəm hərə mənə bir söz deyəcək filan. Bəs iş necə görülür? Yaşı çox olub işləyə bilməyən getməlidir də. İdman edirəm, gümraham deməklə deyil axı.Cürbəcür bəhanələr işlədirlər. Prezident tövsiyə etdi, üzüsulu gedin. Əvvəllər deyirdilər başımızı qoyarıq, başınızı qoymayın e, kreslonuzu qoyun gedin, qoyun cavanlar işləsin.20 il ərzində Polad Bülbüloğlu federal telekanallara bir dənə azərbaycanlını doğru dürüst çıxara bilmədi. Bu işlərə konsulluq, səfirlik baxmalıdır. Savadlı kadrlar efirlərə çıxmalıydı. Amma bütün kanallarda rəhbər vəzifələrdə ermənilər oturub. Məmur yerində olmasa hansı uğurdan söhbət gedə bilər? Azərbaycan maraqları xatirinə diaspora ilə iş vacibdir.

Yeni kadrlar gətirilir. Məsələn məncə Mikayıl Cabbarov çalışqan və işini bilən kadrdır. İnanıram ki, lazımi işləri görəcək. Sağlam tənqid olmalıdır, bundan qorxmaq lazım deyil. Prezident inanmıram ətrafında tərif deyən yaltaq, məmur istəyə. Güclü insanlar tənqiddən qorxmurlar. Ondan vəziyyəti daha yaxşıya doğru dəyişmək üçün istifadə edirlər, səhvləri görüb , düzəldirlər. Gərək məmur danışığı ilə xalqda özünə nifrət yaratmaya. Yoxza deputatlarımızdan birisi erməni əsgəri bizim qorxumuzdan səngərdə başını əyərək gəzir deməklə elə bizi gülünc duruma salır. Mehmanın işinə prezident qarışdı, Avropa qarışdı sonra azadlığa çıxartdılar. Elemek istədikləri işi qanunlar çərçivəsində etməlidirlər. Gərəksz ifrat addımlar kənardan gülünc görünür. 3 gün öncə piket keçirilir, mülki geyimli bir məmur gələnləri qovur, deyir polisə dətək verirəm. Ay qardaş, bu nəyə lazımdır? QHT nümayəndəsidir. Sən kimin gözünə özünü soxmağa çalışırsan? Axı Avropa buna baxır. Nə düşünərlər? Mitinq etmək istəyir, qoy etsin, sözünü desin boşaltsın. Prezident də eşitsin. İnanın ki, dövlət başçısı da, birinci vitse- prezident də kifayət qəfər işlər görür. Amma məmur sarsaqlığı kölgə salır.O mitinqə gələnlər dövlətə qarşı çıxış etmirlər e, səslərini dövlət başçısına çatdırmağa çalışırlar, gündəlik problemlərdən, məmurlardan şikayətçi olub gəlirlər.Camaatda da günah çoxdur. Laqeydliyimizdən istifadə edənlər var.”Mənə dəyməsin qonşu özü bilər” ağlı ilə yaşayırıq, ictimai qınaq yoxdur.Qaynar xəttə zəng vur, şikayət yaz. Müraciət et.

- 2014-cü il iyulun 11-dən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Ermənistan tərəfindən əsir saxlanılıpr. Onların azadlığa çıxarılması niyə bu qədər əngəllidir?

- Bu barədə çalışamalrımız davam edir. Avropa məhkəməsi Diləqmlə, Şahbazın vəkillərinin ərizələrini qəbul etmirdilər, təşkilatımız kömək etdi ərizələr qəbul olundu.Şuşada saxlayırlar onları. Rəsmi məktublar verdilər. Franadakı baş ofsimizin saytında məlumat dərc etdik, görüş imkanları aldıq. Paşinnyan bu il bəyanat verdi ki, ailəsi ilə görüşə icazə veririk. Buna məcbur elədik. Paralel olaraq bəzi səfirlərlə danışdıq ki, iki vəkil göndərək Şuşaya. Rusiyanın vəkilləri idi. Onlarla görüşsün, şəkillər çəkilsin, gəlsinlər Azərbaycanda bu məsələ ilə bağlı iş görək. Amma inanın, çox utanılacaq vəziyyət yarandı, o vəkillərin Ermənistana gönədrilməsi üçün pul tapa bilmədik.

- Nə qədər məbləğ lazım idi?

- 6-7 min dollar. İki vəkilin Ermənistanda bir həftə qalma xərci. Özünü reklam edən iş adamlarının heş biri adını vətənpərvər qoyanlar bizə kömək etmədilər.

- Bəs dövlətə müraciət etmədiniz?

- Yox. Gələn dəfə dövlətə müraciət edəcəyik.Vəkillər Kollegiyasının sədri Anar Bağırov da məşğul olur bu məsələ ilə. Avropa məhkəməsi nəhayət ki, onların qanunsuz saxlanılması barədə iddia arizəsini qəbul etdi. Əminəm ki, uduzacaqlar. Adamlar gedib Kəlbəcərdə qəbirləri ziyarət edib üstlərinə yıxıblar ki, guya orda uşaq ödürüblər. Lap belə öldürüb( amma bu yalandır) ver Azərbaycanda çəksin cəzasını.

- Son günlər Lavrovun ermənipərəst çıxışları gündəmdə yer aldı.

- Rusiyanın xarici işlər naziri kimdir? Lavrov -Kalantaryan. Ermənidir.Rusiyanın bir çox diplomatları erməni əsillidir. İrandakı səfiri ermənidir. Lavrovun bizə münasibəti budur. İndiki səfirin yerinə də erməni göndərmək istyirdilər.Lavrov cəhd edirdi, sağ olsun prezident imkan vermədi.İndiki səfir gəldi. Bunu demək lazımdır, bilib demiriksə bu səhvdir. Lavrova Kalantaryan niyə demirik? Erməni olmaq ayıb deyil e. Sadəcə o bizə düşməndir, bunu unutmaq olmaz. Qararabağ probleminin çözümü Rusiyanın əlindədir. Bəs nə maraqlıdır ki, Lavrov familiyasını dəyişib? Ermənisən denən erməniyəm.Erməni olmaq ayıbdır bəyəm? Biz sərt formada sözümüzqü deməliyik. Lavrov ağzına gələni danşırsa, səfirliyimiz, diaspora, xalq səs çıxarmalıdır Məmmədyarov cavab verməlidir, XİN-in mətbuat katibi Leyla Abdullayeva yox. Elmar Məmmədyarov ondan qorxurmu? Çıx cavabını ver də, bunu da prezident etin.? Dövlət səni təyin edib Azərbaycanın içinə maraqlarımızı zərbə altında qoymağa hazır qüvvələr var.Vur deyəndə öldürən məmurlar var. İşini gör, ayrı şey lazım deyil.

- Həm Ermənistanda, həm də Azərbaycan bazarında xidmət göstərən GMS şirkəti ilə bağlı sosial şəbəkələrdə  sizin aktiv iştirakınızı gördük.

-  GMS Ermənistanda fəaliyyət göstərə- göstərə Azərbaycanda da fəaliyyət göstərmək istəyir. GMS rəhbərliyi bildirir ki, siyasətə qarışmırlar, kim zəmanət verə bilər ki, bizim danışıqlarımız Ermənistana ötürülməyəcək?”Ukrayna, İsveç və İsrail tərəfindən yaradılıb, rəhbərləri guya yəhudilərdir. Ermənistanın mobil bazarında işləyir. Buna görə Qarabağ Telekomla da müqavilələri var, onların da xidmətlərini həyata keçirirlər.Onların rəhbərlərindən biri olan Odambaşyana sual veriləndə o cavab verib ki, Qarabağ Telekomun hamı ilə müqaviləsi var, hamı ilə işləyə bilər, biz siyasətə qoşulmuruq. Necə qoşulmursuz? Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib.Sizin burda nə marağınız var bizimlə işləməyə? Azərbaycan məmurları niyə məhz Ermənistanla ortaq olan bir şirkətlə işləyirlər? Getsin işləsin türklə, hər hansı bitərəf başqa bir şirkətlə . Niyə səhəri gün bizm səngərlərdə yatan əsgər balaların danışıqları izlənməlidir, hər məlumatımızln sızdırımayacağına, üçüncü bir ölkə vasitəsi ilə ötürülməyəcəyinə kim zəmanət erə bilər. Mən əminəm ki, cənab prezidentin, vitse-prezidentimizin bu məsəslədən xəbəri yoxdur, biz istəyirik xəbərləri olsun və belə məsuliyyətsizliyə yol vermiş məmurlar cəzalandırılsın.Bu şirkətin Azərbaycan bazarına girməyində məqsədi nədir?Bu qorxulu bir addımdır.Bu qabaqcadan təşkil edilmiş məsələdir. Bir neçə gün öncə BSU-da Azərbaycan xalqının qatili olan Primakovun yubileyi qeyd edildi. Bu da planlaşdırılmışdı. İndi mən əminəm ki, bu GMS şirkətinin də havadarı var və o məxfi planlar həyata keçirə bilər.Mən əminəm ki dövlət başçısının məmurarımızın bu əməlindən xəbəri yoxdur və bu məsələnin işıqlandırılmasında media dövlət başçımızın dostu və köməkçisi olacaq.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Azərbaycanda dəhşət: Qəzada oğlunun öldüyünü zənn edən kişi dünyasını dəyişdi
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› "Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq" - Saakaşvili
››› Dünyanın ən varlı insanları hansı bürcdəndir...
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
Son xəbərlər
Bütün xəbərlər »