Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İşsizlikdən sığorta ödənişinin təyinatı elektronlaşdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məşğulluq” altsistemi işsizlikdən sığorta ödənişinin də elektron qaydada təyinatına imkan verib.

Bizimyol.info xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, sığorta ödənişini almaq hüququna malik şəxs “Məşğulluq” altsistemində işsiz kimi qediyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Şəxsin müraciəti altsistem tərəfindən 10 gün ərzində baxılaraq, sığorta ödənişinin təyin edilməsi və ya edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Bu qərar şəxsin elektron kabinetində yerləşdirilir və (və ya) mobil telefon nömrəsinə ismarıc göndərilir.

Sığorta ödənişi təyin edildikdə şəxsin işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk iş günündən hesablanır.

Həmçinin təkrar sığorta ödənişi almaq hüququ olan şəxs də müəyyən olunmuş qaydada “Məşğulluq” altsisteminə müraciət etməlidir. Sığorta ödənişinin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək halların biri baş verdikdə, altsistem tərəfindən 10 gün ərzində baxılaraq sığorta ödənişinin məbləğinin dəyişdirilməsi barədə qərar çıxarılır.

Bu barədə də məlumat şəxsin elektron kabinetində yerləşdirilir və (və ya) mobil telefon nömrəsinə ismarıc göndərilir.

Paylaş »
››› Bakıda böyük ticarət mərkəzinin qəsdən yandırılması barədə xəbərə rəsmi reaksiya
››› Əxlaqsız fotoları yayılan qadın siyasətçi özünə qəsd etmək istəyib - Foto
››› Azərbaycanlı həkim 6 milyon dollar mükafat aldı - Foto
››› Azərbaycanda xəstəxana yandı - Xəstələr təxliyə olundu
››› Azərbaycanda işdən çıxarılan məmur ölkədən qaçdı - Foto
Son xəbərlər
Bütün xəbərlər »