Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arda Turan artıq Türkiyə klubuna da lazım deyil

Arda Turan bir vaxtlar Türkiyə milli komandasının əsas futbolçularından sayılırdı. “Atletiko”da, “Barselona”da oynayırdı, onun hələ çox zirvələr fəth edəcəyi gözlənilirdi. Amma hər şey gözlənildiyi kimi olmadı.

Bizimyol.info xəbər verir ki, Arda indi heç “İstanbul Başakşehir”ə də lazım deyil. İstanbul klubu qış transferi dövründə 32 yaşlı hücumçu ilə yolları ayırmağı düşünür.

Ard Turanın “İstanbul Başakşehir”də işləri o qədər pis gedir ki, mövsümün əvvəlindən bəri bir dəfə də olsun əsas heyətdə yer almayıb. Hücumçu cəmi 7 qarşılaşmada sonradan meydanda görünüb.

Əslində, Arda Turanın ümumi karyerası çox da uğurlu alınmayıb. Təsəvvür edin ki, indiyə qədər klub və milli komandalar səviyyəsində vurduğu qolların cəmi 100-ə çatmayıb.

Son xəbərlər
Bütün xəbərlər »