Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əl-Bağdadi üzdə olan sima idi, yoxsa əsl İŞİD lideri? - Açıqlama

Türkiyənin Suriyada "Sülh çeşməsi" əməliyyatını həyata keçirdiyi vaxtda ABŞ-ın İŞİD-ə qarşı hücumu və İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin öldürülməsi ilə müxtəlif suallar yarandı.

İnsanlar arasında Əl-Bağdadinin üzdə olan sima, əsl İŞİD rəhbərinin isə başqası olduğuna dair iddialar irəli sürüldü.

"Bizimyol.info"ya açıqlama verən sabiq dövlət müşaviri və politoloq Qabil Hüseynli bu məsələlərə aydınlıq gətirib.

Qabil Hüseynli Qabil Hüseynli

Politoloq ABŞ-ın Bağdadiyə qarşı hücumunun Türkiyənin "Sülh çesməsi" anti-terror əməliyyatı ilə bağlı olduğunu düşünmədiyini bildirib: "Əl-Bağdadi uzun müddətdir ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin təqibində idi. Türkiyənin özünün "Milli İstihbarat Təşkilatı" da bu kəşfiyatlari izləməkdə idi. Məhz Türkiyənin köməyi ilə Bağdadinin yerini müəyyənləsdirmək və onu öldürmək mümkün oldu. Amerikanin qərəzli bir planının olduğunu təxmin etmirəm".

"Bağdadi uzun illər Amerika ilə vuruşub. O "İŞİD"in əsl lideri idi. Onun "üzdə olan lider" olduğunu qəbul edə bilmərəm. Xüsusi təşkilatlarda hər zaman varis haqda düşünürlər, bir və ya iki alternativ hazırlayırlar. İndi isə həmin adam əl-Bağdadi öldürüldükdən sonra onun yerinə keçib. Amerika həmin adam və onun yeri haqqında dəqiq məlumata malik olduğunu, lakin, hələ ki, onu nəzarət altında saxladığını bildirib".

Adelya

Son xəbərlər
Bütün xəbərlər »