Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İbrahimoviç Amerika ilə vidalaşdı: “Beysbol izləməyə davam edin”

Keçən ildən “Los-Anceles Qelaksi”də çıxış edən Zlatan İbrahimoviç Amerika ilə vidalaşıb. İsveçli hücumçu azarkeşlərə son sözlərini ünvanlayıb.

Bizimyol.info xəbər verir ki, İbrahimoviçin “Milan”la müqavilə bağlayacağı gözlənilir. Buna görə də Zlatan karyerasının “Los-Anceles Qelaksi” dövrünə son verib.

“Gəldim. Gördüm. Fəth etdim. Məni yenidən canlı hiss etdirdiyi üçün “Los-Anceles Qelaksi”yə təşəkkür edirəm. “Qelaksi” azarkeşlərinə - Zlatanı istəyirdiniz, onu sizə verdim. Buyurun. Hekayə davam edir... İndi beysbol izləməyə davam edin”, - İbrahimoviç “Instagram” hesabında belə yazıb.

İbrahimoviç ABŞ klubunda keçirdiyi ilyarım ərzində 58 oyuna çıxıb, 53 qol vurub. Daha 15 qolda Zlatanın əməyi olub.

Son xəbərlər
Bütün xəbərlər »