Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur müğənni qumarda külli miqdarda pul uduzub

Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç müsahibələrinin birində əvvəllər qumara qurşandığını etiraf etmişdi. Onun dediyinə görə, hətta nisyə uduzduğu məbləğə görə pulsuz konsert verdiyi də olub. Türkiyə mətbuatı müğənninin yenə qumara başladığını yazır.

Bizimyol.info xəbər verir ki, Sərdar Ortaçın qumarda 120 min dollar uduzduğu iddia olunur. Müğənninin Cənubi Kiprdə kazinolardan birində ziyana düşdüyü yazılıb.

Sərdar Ortaç Sərdar Ortaç

Sərdar Ortaç həyat yoldaşı Xloe Lounandan az əvvəl ayrılıb. Əvvəlcə yazılırdı ki, irland model ərinin məhz pis vərdişlərinə görə boşanmaq qərarına gəlib. Sonradan Türkiyə mətbuatı başqa iddia ortaya qoydu. Yazmağa başladılar ki, Sərdar ayrılıq üzündən yenidən qumara qayıdıb. Onun kazinoya borcunu 4 pulsuz konsert verməklə ödəyəcəyi bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »