Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyasi mühacirlərin oturum alma metodu: Saxta intihar cəhdi

Siyasi mühacirlərin Avropa ölkələrində saxta sənədlər sayəsində oturum almağa çalışması gündəm mövzusuna çevrilib. Almaniyada mühacir alverilə bağlı azərbaycanlıların həbsi sosial şəbəkələrdə ciddi müzakirə olunur.

Bizimyol.info xəbər verir ki, siyasi mühacirlərin bir çoxu Avropada oturum almaq üçün təkcə sənədləri saxtalaşdırmır. Sığınacağa görə yeni metod da fikirləşiblər. Yerli hökumətlərin mərhəmətli davranması üçün saxta intihar cəhdi də göstərirlər.

Xüsusilə bu il Avropa azərbaycanlılarından intihar xəbərləri gəlir. Onların arasında hətta həyatını itirən də var. Adının hallanmasını istəməyən mühacirlərdən birinin dediyinə görə, bu addımı atanların əksəri saxta intihar səhnəsi yaradır. Əvvəlcə tibb təhsili olan adamla məsləhətləşirlər, hansı halda ölüm təhlükəsi yarana biləcəyini müəyyənləşdirirlər. Daha çox həb qəbul edəndə dozanı dəqiqləşdirirlər. Vacib məqamlardan biri intihar cəhdindən kiminsə tez xəbər tutmasıdır. Əsas odur ki, təcili tibbi yardım maşını vaxtında gəlsin və intihar cəhdini qeydə alsın. Hər şey plan üzrə gedərsə, sonradan oturum almaq işi də asanlaşar. Hələ indiyə qədər intihar etmək istəyən azərbaycanlılardan kiminsə deportasiya olunduğunu eşitməmişik.

Son xəbərlər
Bütün xəbərlər »