Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbs olunan mühacirlərin bəzisi Avropada şəxsi biznes qurubmuş

Almaniyada mühacir alverilə bağlı əməliyyat zamanı həbs olunan 8 azərbaycanlıdan biri haqda konkret iddia səslənir.

“Müsavat” Avropa Koordinasiya Mərkəzinin sədr müavini Mehdi Xəlilbəylinin bu işdən 300 min avro qazanc götürdüyü bildirilir.

Bizimyol.info xəbər verir ki, Müsavat Partiyası üzvünün Avropada şəxsi biznesi də varmış. Onun TIR maşınlarıyla yüklərin daşınması ilə məşğul olan şirkətə rəhbərlik etdiyini öyrənmişik.

Maraqlıdır ki, bu gün sosial şəbəkələrdəki müzakirələrdə Müsavat Partiyasının rəhbərliyi Xəlilbəylinin təşkilatın üzvü olmadığını israr edir. Halbuki iki ay əvvəl partiyanın sədri Arif Hacılı “Azadlıq Radiosu”na müsahibəsində bu şəxsin müsavatçı olduğunu etiraf etmişdi. Arif bəy həmin müsahibədə Xəlilbəylinin hakimiyyət nümayəndələri ilə ortaq biznesi olması haqda suala cavab vermək istəməmişdi.

Arif Hacılı Arif Hacılı

Əvvəllər 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin rəisi olmuş Elçin Əkbərovun da Almaniyada biznesinin olduğu bildirilir. Keçmiş rəis Koblents şəhərində 1,5 milyon avroya restoran alıbmış.

Son xəbərlər
Bütün xəbərlər »