Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa bankları sıxıntı keçirir

Avropanın kiçik bankları gələn ilə çıxmaq istəyirlərsə, birləşməlidirlər. Bunu Sürixdəki tədbirdə İsveçrənin USB bankının rəhbəri Sercio Ermotti deyib.

Bizimyol.info xəbər verir ki, Avropa bankları sıxıntı keçirir. USB-nin rəhbəri ciddi addımlar atmağın vacibliyindən danışıb. Onun fikrincə, rəqabət qabiliyyətini saxlamaq baxımından bankların müəyyən aktivlərə ehtiyacı var: “Dağılmaq üçün çox böyükdür” ifadəsi daha Avropa və İsveçrə bankları üçün aktual deyil. İndi “ayaqda qalmaq üçün çox kiçikdir” demək lazımdır”.

USB özü bu il alyans yaratmaq üçün “Deutsche Bank”a müraciət etmişdi. Cəhd uğursuz alınmışdı. Amma bu fakt Ermottinin səmimiyyətini göstərir. Bank rəhbəri gerçəkdən bu sektoru böyük təhlükə gözlədiyini düşünür.

Son xəbərlər
Bütün xəbərlər »