Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin də böyük mətbuat konfransı keçirəcək

Rusiya prezidenti Vladimir Putin dekabrda böyük mətbuat konfransı keçirəcək.

Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, jurnalistlərlə görüş dekabrın ortalarına təsadüf edəcək. Tezliklə media nümayəndələrinin akkreditasiyası başlanacaq.

Xatırladaq ki, Putin ötən ilin dekabrında 3 saat 46 dəqiqəlik mətbuat konfransı keçirmişdi. Bu rekord isə hələlik Ukrayna prezidenti Vladimir Zelenskidədir. O, oktyabrda “Kyiv Food Market”də 14 saatlıq mətbuat konfransı keçirmişdi. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »