Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsəd: "ABŞ neftimizi oğurlayır"

"ABŞ neftimizi oğurlayır".

Bunu Suriya prezidenti Bəşşar Əsəd "Rossiya 24" telekanalına müsahibəsində deyib.

"Birləşmiş Ştatlar quldur dəstələri üzərində siyasi rejim kimi qurulmuş dövlətdir", - Suriya lideri əlavə edib.

Qeyd edək ki, noyabrın 6-da KİV-də ABŞ prezidenti Donald Trampın Suriyanın şərqindəki neft yataqlarının təhlükəsizliyini təmin etmək üçün genişləndirilmiş hərbi missiyanı təsdiqlədiyi barədə xəbərlər yayılıb. Yeni plana əsasən, qoşunlar Deyr-əz-Zordan Əl-Hasakiyə qədər, təxminən, 150 km uzanan ərazidə kürd yaraqlılarının nəzarətində olan böyük ərazini qoruyacaq.

Daha sonra ABŞ Dövlət Departamenti Suriyanın ABŞ-ın nəzarətində olan ərazilərində neftin yerli hökumət tərəfindən hasil olunduğunu, Departamentin prezidentdən neft yataqları ilə bağlı nə isə etmək tapşırığı almadığını bildirib. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »