Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pinti ərini bütün dünyada rüsvay etdi

Ailə bəzən həm də pinti adamla yaşamaq anlamına gəlir. Yaponiyada bir qadın məhz belə insanla yaşadığını, bundan xeyli bezdiyini bildirir. Qadın əlini yanına salmayıb, ərini bütün dünyada rüsvay edib.

Bizimyol.info xəbər verir ki, ərinin pintiliyindən bezən yapon qadın “Instagram”da xüsusi hesab açıb. Bu hesabda yalnız kişinin səliqəsizliyini əks etdirən şəkillər paylaşır. Çirkli daraq, evə səpələnmiş salfetlər, corablar, daha nələr... “Gomi Sutero” profili çox məşhurlaşıb. İndi pinti kişini bütün dünyada tanıyırlar.

Profilin adı da ərin davranışına uyğundu. “Gomi sutero” “zibillərini tulla” deməkdir. Qadın hesab edir ki, evdə danışmaqla nəyisə həll etməyə inamı itdiyindən, bu üsula əl atıb. İndi heç ağzını da açmır, sadəcə, “Instagram” hesabında yeni foto paylaşır.

Son xəbərlər
Bütün xəbərlər »