Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Büdcənin artan sosial yükü

Əli Məsimli: “Bu, müsbət nəticələrə hesablanıb”

2020-ci il büdcsində sosial xərclərə ayırmalar müzakirə mövzusu olaraq qalır. Deputat Fazil Mustafa da Milli Məclisin büdcə müzakirələrinə həsr olunmuş plenar iclasındakı çıxışında sosial ayırmaların həcminin büdcəyə ağırlıq gətirdiyini demişdi. Milli Məclisin deputatı, tanınmış iqtisadçı-alim Əli Məsimli də bu fikirdıdir ki, əvvəlki büdcələrlə müqayisədə 2020 -ci ilin büdcəsinin sosial yükü çoxdur:

“ Bu onunla əlaqədardır ki, 2019 cu ildə 4.2 milyon əhalini əhatə edən sosial paket həyata keçirilir. Prezidentin həyata keçirdiyi o iri sosial paketin xeyli hissəsi 2019 cu ildə həyata keçirilib. Bir hissəsi isə 2020 -ci il il üçün nəzərdə tutulub” –deyə Milli Məclisin deputatı bizimyol.info portalının əməkdaşına bildirib.

O daha sonra əlavə edib: “ Bu sosial paketin 2020- ci ildə həyata keçirilməsi üçün büdcədə xeyli dərəcədə əlavə vəsait nəzərdə tutulub. Təkcə əməkhaqlarının artırılmasına 2 milyard manatdan çox vəsait nəzərdə tutulub. Eyni zamanda bu, büdcənin də strukturuna təsir göstərəcək”.

Əli Məsimli deyib ki, büdcənin sosial yükü çoxalsa da, bu, müsbət nəticələr verəcək: “ Bir qayda olaraq, Azərbaycan büdcəsində sosialyönümlü xərclər 30 faizin ətrafında idi. İndi artıq Azərbaycanın büdcəsinin sosial xarakterli xərcləri gəlib 40 faizin altındadır. Hesab edirəm ki, bu da müsbət haldır. Gələn il elmə, təhsilə, səhiyyəyə ayrılan vəsaitin hardasa 30- 40 faiz nisbətində artımı göstərir. Bunun bir hissəsi həmin sahələrin inkişafına gedəcəksə də, xeyli hissəsi çalışanların əməkhaqları. dolayı yolla gəlirlərinin artmasına gətirib çıxaracaq. Bu da çox vacibdir ki, təhsil, elm sahəsində çalışanların maaşı artsın. Həmçinin, müəllimlərin, həkmlərin maaşların artırılmasında da ciddi adddımlar atılacaq”

Gülnarə ƏMİRQIZI

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »