Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim Oktay Gülalıyevin səhhətində olan əsas təhlükəni açıqladı

Xəbər verildiyi kimi Bakıda maşın vurandan sonra komaya düşən hüquq müsafiəçisi Oktay Gülalıyevin göndərildiyi Türkiyənin Avrasiya klinikasında neyrocərrahiyyə şöbəsi yoxuymuş.

Hüquq müdafiəçisinin son durumu ilə bağlı Bizimyol.info-ya açıqlama verən həkim Adil Qeybulla bildirib ki, Oktay Gülalıyevin durum ürəkaçan deyil.

Adil Qeybulla Adil Qeybulla

“Oktay bəyin müalicəsi hazırda Türkiyədə davam etdirilir. Bu məsələlərin heç biri bizi iradəmiz daxilində deyil. Yəni Oktay bəyin istər 1 saylı Kiniki Tibbi Mərkəzdən “Baku City Hospital”a, istər “Baku City Hospital”dan Respublika Neyrocərrahiyyə Xəstəxanasına, istər də bu xsətəxandan Türkiyəyə aparılması ailənin razılığı ilə həyata keçirilib. Burada başqa kimsə təşəbbüskar olmayıb. Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alırdı də. Oktay bəyin həyat yoldaşı da orada təkdir, çətindir. Yenə burada dostlar yanında olurdu.

Təəssüflər olsun ki, durum ürəkaçan deyil. Beyin çox böyük itkilərlə üz-üzədir. Yəni hələ ki ktirik durumdan çıxmayıb, yəni funksiyalar stabilləşməyib. Əsas narahatlıq yaradan məsələ şüura bağlı funkisiyların bərpa olunması məsələsidir. Əsas təhlükə bununla bağldır. Nitq mərkəzi, düşünmə mərkəzi, danışma mərkəzinin yerləşdiyi beynin sol payının bərpa olunması sual altındadır”,-deyə həkim Adil Qeybulla bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »