Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pambıqçılar Prezidentin adından özlərinə hədiyyə alacaq

Türkmənistanda hakim orqanlar pambıq planını dolduran icarədar və kombaynçılara tapşırıblar ki, 43 düyümlük televizor alaraq Məhsul bayramına getsinlər, bu hədiyyə prezidentin adından onlara təqdim olunacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə AzadAvropa/AzadlıqRadiosunun türkmən xidməti məlumat yayıb.

Yeni televizor almağa imkanı olmayanlara isə tapşırılıb ki, köhnə televizorlarını “bəzəkli bağlatdırıb” gətirsinlər. Bayramqabağı büdcə təşkilatı işçiləri meyvə-tərəvəzi yuyub qəşəng qutulara qoymaqla məşğul olub. Axı, Məhsul bayramında hamısını televizorda göstəriblər. Mexanizatorlara cızıqları rəngləmək, traktor və yük maşınlarını yumaq tapşırılıb.

Türkmənistanda dövlət bayramlarını televizorda göstərmək üçün öncədən çəkirlər.

Bildirilir ki, Lebap rayonunda pambıq yığımı planını yerinə yetirən və mükafatçıların sırasına daxil olan icarəçilərə və kombaynçılara yerli icra hakimiyyəti rəhbərliyi özlərinə hədiyyə televizor almağı tapşırıb. Deyiblər ki, həmin televizorları onlara bayram mərasimində icra hakimləri prezidentin adından təqdim edəcək.

Noyabrın 8-də rəsmi KİV-lər xəbər veriblər ki, pambıq planı bütün beş vilayət üzrə tamamilə yerinə yetirilib. Lakin Türkmənistan hökumətinə yaxın mənbə deyib ki, bu il plan heç yarısına qədərdə yerinə yetməyəcək.

Son xəbərlər
Bütün xəbərlər »