Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan müxalifəti genişmiqyaslı mitinqlər keçirəcək

Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişinin qəbul edilməməsi müxalifətin etirazına səbəb olub.

Bizimyol.info xəbər verir ki, iyunun 19-dan başlayan və bir aydan çox davam edən mitinqlərin təşkilatçısı olan “Utanc” hərəkatı insanları yenidən genişmiqyaslı mitinqlərə çağırıb.

“İndi tam səfərbərlik və davamlı mitinqləri elan edirik. 2020-ci il seçkiləri oğurlanır”, - deyə hərəkatın liderlərindən olan Şota Diqmelaşvili bildirib.

Hərəkat saat 19:00-da parlament binası qarşısında genişmiqyaslı mitinq keçirəcəyini bəyan edib.

Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili də öz tərəfdarlarını səfərbər olmağa və dinc şəkildə etiraz etməyə çağırıb.(apa)

Son xəbərlər
Bütün xəbərlər »