Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rövşən Ağayev: “Lavrov Azərbaycan xalqının gücünü hiss etməyənə qədər istədiyi bəyanatı verəcək”

Lavrovun Ermənistanda dedikləri, etdikləri sosial şəbəklərdə qəzəblə müzakirə olunur. Təəccüblü nəsə yoxdur. Öz amplualarında, öz mövqelərindədirlər. Təəccüblü bizim xeyrimizə, ermənilərin əleyhinə nəsə danışsa, nəsə etsə olardı. Cocuq da bilir ki, Rusiyanın hərbi gücünün qarşısında bizim kimi 10 ölkə olsa belə dayanası deyil.

Bizimyol.info xəbər verir ki, bu fikirləri ekspert Rövşən Ağayev səsləndirib.

Rövşən Ağayev

“Rusiyanın Azərbaycanla hesablaşmasının bircə resepti var: qarşısında çox güclü, iradəli, hətta torpağının hamısına qoşun yeritsə belə, iradəsini sındıra bilməyəcək toplum görməlidir. Qarşısında özündən daha təhsilli, elmə özündən daha həvəsli xalq görməlidir. Qarşısında demokratiya, sivil dəyərlər uğrunda mübarizə aparan toplum görməlidir. Bir də onu görməlidir ki, bizimlə güc dilində danışdıqca, Azərbaycanı Qərbə uduzmaq təhlükəsi son dərəcə realdır, hər an baş verə bilər. Ən əsası Azərbaycan hakimiyyətinə təsir imkanı minimum olmalı. Hakimiyyət xalqdan zəif olmalıdır ki, Rusiya hakmiyyətlə deyil, xalqla masa arxasında oturmaq məcburiyyəti hiss eləsin. Nə qədər ki, masa arxasında xalqın deyil, hakimiyyətin nəfəsini duyacaq, Lavrov gedib Ermənistanda istədiyi saymazyana bəyanatı verəcək”,- deyə o qeyd edib.

Rasim Musabəyov Rasim Musabəyov

Politoloq Rasim Musabəyov isə BBC-yə verdiyi müsahibəsi zamanı qeyd edib ki, əslində, nazirin söylədiklərində Rusiya mövqeyindən kənara çıxan heç nə yox idi. “Məgər, Ermənistanın arxasında Rusiyanın dayandığını bilmirdikmi, özü də sözdə yox, hərbi baza yerləşdirilib, milyonlar dollarlıq silah-sursatın verilməsi də dəfələrlə təsdiqlənib. İkinci, Rusiya və Ermənistan arasında müttəfiqlik sazişinin olduğunu nəzərə aldıqda nazirin mövqeyi tamamilə bəllidir.

Cənab Məmmədyarov diplomatik cavab verdi ki, BMT TŞ-nin qətnamələri var, amma bu çərçivədə Ermənistanı ağla gətirmək lazımdır ki, gərginlik artmasın. Ancaq nazir Məmmədyarov Rusiyanın bəlli mövqeyini nə rədd etdi, nə də sual altına qoydu. əsələ gücdədir. Bilirsiniz, vuran oğul, dayısından icazə almaz, vurar. Antiterror əməliyyatı keçirməyə gücün varsa və Rusiyanın reaksiyasına tüpürməyə hazırsansa, get et. Yox, edə bilmirsənsə, bunu soruşmağa nə ehtiyac var? Hansı cavab gözləyirdik Lavrovdan?”

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »