Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada saxlanılan azərbaycanlılarla bağlı XİN-dən açıqlama

Xəbər verildiyi kimi ötən gün Almaniyada siyasi mühacir alverinə qarşı böyük əməliyyat keçirilib. Əməliyyat zamanı 7 nəfər azərbaycanlı saxanılıb.

bomba-alman

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayev Bizimyol.info-ya bildirib ki, azərbaycanlılarla bağlı məsələlərlə səfirlik vasitəsilə maraqlanırlar.

“Saxlanılan azərbaycanlılarla bağlı hüquq mühafizə elementləri varsa, bu məsələ ilə bağlı ölkənin hüquq mühafizə orqanlarının maraqlanması daha düzgün olardı. Biz də səfirliyimiz vasitəsilə hansısa məlumat alarıqsa, həmin xəbəri ictimailəşdirəcəyik. Amma konkeret bu kimi hadisələrlə bağlı daha dəqiq hüquq mühafizə orqanlarının məlumatı olur”,-deyə Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

L.Abdullayeva bildirib ki, qanun pozuntusu məsələsi olduğu üçün bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarının açıqlama verməsi daha məqsədəuyğun olardı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »