Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat nazirlikləri tənqid edib

Qüdrət Həsənquliyev: “Sosial xərclərə ayırmalarda 30 faiz artım yetərli deyil”

“Növbəti il üçün büdcədə yaşayış mininum məbləği 157 manat, pensiyanın aşağı həddi 200 manat, əlilliyə görə aylıq pensiya 197,6 manat, birinci qrup əlillər üçün 238.2 manat nəzərdə tutulub. Bu rəqəmlər Azərbaycan reallığında, əslində, çox kiçik rəqəmlərdir. Biz hamımız bilirik ki, 157 manatla bir nəfərin yaşaması mümkün deyil”.

Bunu Milli Məclisin 2020-ci il üçün dövlət büdcəsinin müzakirələrinə həsr olunmuş plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, əhaliyə kommunal xidmətlərin qiymətini də, yaşlı insanlara tibbi xidmət xərclərini də nəzərə aldıqda, nəzərdə tutulan məbləğlər çox azdır: “Bizim pensiyaşıların vəziyyəti ağırdır. Əlbəttə, müəyyən artım var.Nazir Samir Şərifov dedi ki, keçən ilə nisbətdə sosial xərclər 30 faiz artırılıb. Amma bu rəqəmlər yetərli deyil. 2015 -ci ildə baş verən iki devalvasiyadan sonra Azərbaycan manati xarici valyutaya nisbətdə 2 dəfədən artıq dəyərin itirib. Bizim isə bir çox ərzaq və sənaye , geyimlər xaricdən idxal olunur. Keçən ilin 9 ayi ilə müqayisədə idxal 31.3 faiz artıb. Faktiki olaraq, vergi orqanlarının xətti ilə qeyri-neft sektorundan toplanan vəsait 5 milyard olduğu halda , gömrük orqanlarının xəttilə toplanan vəsait 4 milyarddır. Bu rəqəmlər də xeyli dərəcədə bir birinə yaxınlaşıb. Hesab edirəm ki bu da bizim höküməti ciddi narahat etməlidir. Qeyd olundu ki, bu il 934 mənzil tikilib, təhvil veriləcək. Gələn il də 110 milyon vəsait bu məqsədlə ayrılıb. Mənim tanıdığım 20 yanvar şəhid ailəsi var ki, bu günə qədər mənzil ala bilməyib. Nə qədər adam növbədə durub. Neçə il 110 milyon xərcələnəcək. Ölkə səviyyəli tədbirlərin keçirilməsinə 226 milyon manat vəsait ayrılıb. Bura idman yarışlarının keçirilməsi daxil deyil. Çünki əlavə olaraq idman obyektlərinin tikintisi və idman tədbirlərinin keçirilməsinə 200 milyon manat vəsait ayrılıb. Burdan xərcləri kəsmək lazımdır. Bizə də məlumat verin ki, hansı beynəlxalq tədbirlərdən söhbət gedir? Prezidentin Ehtiyat Fondu var, lazım olarsa, ordan vəsait ayrıla bilər. Mili Məclisin tədbirləri özünün büdcəsindən, Prezident Administrasiyasının qonağı olana da öz xərclərindən ayrılmalıdır. Yəni buna aydınıq gətirilməlidir. Bizə məlumat verilməlidir. Yoxsa ümumi formada deməklə, təkcə tərifləməklə düzəlməyəcək”.

Qüdrət Həsənquliyev deyib ki, islahatlarla bağlı xərclər1 milyard manata yaxın vəsaitdir: “ Bu məbləğin hara xərçlənəcəyi bizə bəlli deyiul. Bu məsələnin üzərində düşünməliyik. Qaçqınlar üçün 200 milyon cəmi vəsait ayrılıb. İnsanlar evin, torpağın itiriblər və nə qədər bunlar gözləməlidir. Hər il mən bu məsələni qaldırıram . Bizim biirnci vitse- prezidentimiz Mehriban Əliyeva sağ olsun , onun təşəbbüsü ilə bir kompleks tikildi. Amma bu, yetərli deyil. Bu, dövlət əhəmiyyətli məsələdir. Təkcə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Komitənin işi deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də bu işlə məşğul olmalıdır. İslahatlar üçün nəzərdə tutulan xərcləri 878 milyon manatı qaçqınların, köçkünlərin, şəhid ailələrinin ehtiyacı üçün ayırmaq lazımdır”.

“Nazirliyin və Hesablama Palatasının rəqəmlərində ziddiyyət var”

Hesablama Palatasının bizə verdiyi rəydə qeyd olunur ki, qarşıdakı 3 il ərzində inflyasiyanın həçmi 4.1 faiz proqnozlaşdırılır, əmək haqlarının artımı isə 1.7 faizdir Hesablama Palatasının rəyinin 44 cü səhifəsində bu öz əksinin tapır. Amma sonra Sahil Babayev dedi ki, bu, döğru məlumat deyil.Hər il orta hesabla 17 faiz əməkhaqqında artım gözlənilir. Bu ziddiyyətə də aydınlıq gətirilməlidir. Bizdə bəzi məhsulların qiymətləri yüksəkdir. Xüsusilə az təminatlı ailələrin vəziyyətində problemlər var. Ona görə də biz həm pensiyaların aşağı həddini artırmalıyıq və bu çox zəruridir. Yaşayış minimunun məbləğinin 157 manatı da artırmaq lazımdır. Sahil Babayevə bir də müraciət etmək istəyirəm ki, burda işsizliyə görə 1243 adam sığorta olub. Bu da mənə az bir rəqəm göründü. Müraciət etməyiblər, yoxsa bizdə cəmi bu məsələrlə bağlı 1243 adam müraçiət edib. Buna da aydınlıq gətirilsin”.

Gülnarə ƏMİRQIZI

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »