Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almanların miqrant qorxusu- Yaxın 20 ildə ölkənin hər üçüncü sakini qaçqın olacaq

Yaxın iyirmi il ərzində Almaniyanın hər üçüncü sakini miqrant olacaq. Miqrasiya mütəxəssislərinin fikrincə, 2040-cı ilə qədər Almaniya sakinlərinin üçdə biri xarici əsilli olacaq.

Miqrasiya üzrə almaniyalı mütəxəssis Herbert Brukerə görə, 2040-cı ilə qədər Almaniya əhalisinin təxminən 35 faizini miqrant əsilli və ya miqrant olan şəxslər təşkil edəcək. Federal Məşğulluq Tədqiqatları İnstitutunun (IAB) miqrasiya tədqiqatları şöbəsinin müdiri olan bu cənab, 4 noyabr bazar ertəsi günü „Welt“ qəzetinə verdiyi müsahibədə belə deyib.

O, bildirib ki, hazırda Almaniyada insanların dörddə biri köçkün mənşəlidir, 20 ildə bu rəqəm ən az 35 faiz olacaq. Herbert Brucker getdikcə müxtəlifləşən əhalinin alman iqtisadiyyatı üçün əhəmiyyətli olacağını da bildirib. O, işlədiyi təşkilatın hesablamalarına əsaslanaraq bildirib ki, ölkədə iqtisadi inkişafın təmin olunması üçün 2060-cı ilə qədər ildə təxminən 400 min miqrant qəbul etməsi zəruridir.O, həmcinin deyib ki, yüksək ixtisaslı miqrantları cəlb etmək sahəsində çətinliklər davam etməkdədir.

Almaniya mətbuatına görə, 2019 -cu il daha az əcnəbi sığınacaq üçün müraciət edəcək və bu müraciətlərə baxılmasında müəyyən yumuşaltma yarada bilər.

Cari ildə Almaniyada sığınacaq üçün ilkin müraciətlərin sayı, səlahiyyətli orqanlara görə təxminən 140.000 nəfər olacaq ki, bu da hətta 2018-ci illə müqaisədə də azdır. Bu barədə Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin (Bamf) rəhbəri "Bild am Sonntag" nəşrinə məlumat verib.

2018-ci ildə sığınacaqla bağlı müraciətlərinin sayı haqqında böyük koalisiya 200.000 nəfərdən aşağı kvota müəyyən etmişdi. 2018-ci ildə bu sığınacaq üçün müraciət edənlərin sayi 162.000-dən az idi, 2016-cı ildə isə bu rəqəm 722.000 nəfər olmuşdu.

Daxili Işlər Nazirinin məlumatına görə cari ildə sığınacaq üçün 110 000-ə yaxın ilkin müraciət daxil olub.

Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, müraciət edənlərdən təxminən 30 min nəfəri Suriyalı, 11,700 nəfəri Iraq vətəndaşı, üçüncü sırada isə 8300 müraciətlə Türkiyə vətəndaşları gəlir.

Daxili Işlər Nazirinin fikrincə, müraciətlərin həcminin azalması proseslərin daha yaxşı idarə olunmasına, müraciətlərə daha keyfiyyətli baxılmasına şərait yaradacaq.

O bildurib ki, hazırda müraciətə baxilma müddəti orta hesabla 3.1 ay davam edir. "Yalnız daha mürəkkəb prosedurlar daha uzun çəkir, buna görə bütün prosedurların ümumi işləmə müddəti orta hesabla altı ay davam edır."

Bamf rəhbəri bildirib ki, Almaniyaya gələnlərin təxminən üçdə ikisinin sığınacaq üçün heç bir əsası yoxdur. Hazırda Almaniyada ümumi müraciətlərin yalnız 35 - 38 faizi üzrə müsbət qərar qəbul olunur.

Müsəlmanların sayının artması Almaniyada pivə satışının azalmasına səbəb olub. Almaniyanın Federal Statistika İdarəsindən (Destatis) verilən məlumata görə, 2019-cu ilin doqquz ayında Almaniyada pivə satışı, keçən ilin eyni dövrü ilə müqayisədə 2,0% aşağı düşüb.Təbii ki, pivə satışının azalması həm də almanların başqa ölkələrə köçməsi və Almaniyada müsəlmanların sayının artmaqda davam etməsi ilə baglıdır. Bu da təbii ki iqtisadiyyatı ilə öyünən bir ölkəni narahat etməyə bilməz.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »