Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müsavatı “siyasi mühacir alveri”ndə ittiham edən jurnalist məhkəməyə veriləcək- Gülağa Aslanlı

Xəbər verildiyi kimi ötən gün Almaniya polisi miqrant alveri ilə məşğul olanlara qarşı əməliyyat keçirib.Keçirilən əməliyyat nəticəsində saxlanılanlar arasında “Müsavat” Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri İlham Həsən və onun sürücüsü Rəşad Məmmədov, “Müsavat” AKM sədr müavini Mehdi Xəlilbəyli, “Müsavat” AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu Abdin Cavadovun da olduğu bildirilir.

İddialarla bağlı Bizimyol.info-ya açıqlama verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, Müsavat üzvlərinin saxlanılması məlumatı araşdırılır.

“Almaniya polisinin yaydığı məlumatda iki nəfərin həbs olunması ilə bağlı məlumat var. Həmin şəxslərin isə adı açıqlanmayıb. Yayılan digər məlumatalr isə qeyri-rəsmi məlumatlardır. Biz yayılan məlumatları araşdırırıq, nəticəni biləndən sonra münasibətimi bildirərəm. Hazırda bir-birindən zidd məlumatlar gəlir”,-deyə G.Aslanlı bildirib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbərinin sözlərinə görə, “Azadlıq” radiosunun keçmiş əməkdaşı, jurnalist Yafəz Əkrəmoğlu təsdiqlənməmiş məlumat yaydığına görə məhkəməyə verəcək.

Son xəbərlər
Bütün xəbərlər »