Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Trampın təhqiredici məktubunu özünə qaytardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın məlum təhqiredici məktubunu özünə qaytarıb.

Bizimyol.info yerli KİV-ə istinadən bildirir ki, Türkiyə lideri bunu Vaşinqtondakı danışıqlar zamanı etdiyini söyləyib.

Ərdoğan həmin məktubu Trampa birgə mətbuat konfransında qaytarıb: “Məktubları bu gün yenidən Trampa qaytardım. Fərhad Abdi Şahin kimi terrorçunun Amerika kimi ölkənin Prezidenti tərəfindən ciddiyə alınmasına təəssüf edirəm. Mərkəzi Kəşfiyyat İdarəsi onun terrorçu olduğunu sübuta yetirib. FETÖ lideri Fətullah Gülən də bizə verilməlidir”.

Xatırladaq ki, oktyabrın 16-da D.Tramp türkiyəli həmkarı R.T.Ərdoğana sərt ifadələrlə dolu məktub göndərmişdi. O, məktubunda rəsmi Ankaranın Suriyada əməliyyatları dayandırmayacağı təqdirdə Türkiyə iqtisadiyyatını çökdürəcəyini bildirmişdi.

Son xəbərlər
Bütün xəbərlər »