Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada kollec tələbəsi auditoriyaya atəş açıb, ölənlər və yaralılar var

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərindəki kollecdə silahlı insident baş verib.

Bizimyol.info xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 10: 00-da dərs zamanı, İnşaat və Kommunal Kollecində baş verib.

Belə ki, 19 yaşlı gənc dərsə gecikdiyi üçün auditoriyadan çıxarılıb.

Bundan əsəbləşən 4-cü kurs tələbəsi yenidən otağa girərək tələbə yoldaşlarına atəş açıb. Nəticədə bir nəfər hadisə yerində keçinib, üç nəfər ağır yaralanıb.

Təcili yardım xidmətindəki mənbə tələbənin intihar etdiyini bildirsə də, polisin məlumatına görə, o, silahlı müqavimət göstərdiyi üçün polis tərəfindən zərərsizləşdirilib.

Amur bölgəsinin təhsil idarəsindən kollecin mühafizə olunduğu bildirilib.

Blagoveshchensk meri Valentina Kalita şəhərin təhsil müəssisələrində təhlükəsizlik tədbirləri ilə əlaqədar təcili komissiya toplayır.

Hadisə yerində operativ qərargah yaradılıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »