Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oktay Gülalıyevdən sarsıdıcı xəbər - Foto

Müxalif yazar hüquq müsafiəçisinin səhhətindəki yeni problemdən yazdı.

Bakıda maşın vurandan sonra komaya düşən hüquq müsafiəçisi Oktay Gülalıyevi göndərildiyi Avrasiya klinikasında neyrocərrahiyyə şöbəsi yoxuymuş. Bizimyol.info xəbər verir ki, bu iddianı müxalifətçi yazar Zümrüd Yağmur feysbuk hesabındakı paylaşımında irəli sürüb.

Zümrüd Yağmur yazıb: "Oktay bəyin yoldaşı Firuzə xanımla danışdım. Açığı bir neçə gündü Türkiyədən mənə yazırdılar ki, Avrasiya klinikasında neyrocərrahiyyə şöbəsi ümumiyyətlə yoxdur. Hətta belə bir söz də eşitdim ki, Oktay bəy İstanbula aparılarkən güya yoldaşına 7 xəstəxana təklif olunub və ailə özü bu klinikanı seçib. Firuzə xanımla danışıb hamısını dəqiqiləşdirdim. Bəlli oldu ki, doğrudan da, Avrasiya xəstəxanasında belə bir şöbə yoxdur və oraya aparıldıqdan sonra bir dəfə də olsun ona neyrocərrah baxmayıb. Telefonla kənar həkimlərdən məsləhət alınır".

Zümrüd Yağmur yazır ki, Türkiyədə bu sahədə kifayət qədər  ixtisaslaşmış xəstəxanalar var: "Başqa bir problemi də indi öyrəndim. Oktay bəyin ağ çiyərinə infeksiya düşüb və hətta bunun üçün həkimi kənardan dəvət ediblər. Analizlərin nəticəsindən bəlli olub ki, doğrudan da ağ çiyərdə infeksiya var.(((

Bu fotosunu iki gün öncə İstanbulda Oktay bəyi ziyarət edən bir soydaşımız mənə göndərmişdi".

Son xəbərlər