Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dibçək gülü otağın havasını təmizləmirmiş

Uzun illər dibçək gülləri bizim üçün otağın havasını təmizləyən vasitə olub. Amma indi elm adamları bunun mifdən başqa bir şey olmadığını deyir.

Bizimyol.info xəbər verir ki, dibçək gülləri otağın havasını daha təmiz etmir. Elm adamlarının 12 araşdırması belə nəticə ortaya çıxarıb. Mütəxəssislər otağın sadəcə havasını dəyişdirməyin effektli olduğunu bildirir.

Dibçək gülü Photo: Pixabay.com

Bəs bu mif necə yaranıb? 1989-cu ildə Beynəlxaq Kosmik Stansiyada məişət şəraitini yaxşılaşdırmaq üçün belə bir eksperiment edilmişdi. Onda məlum olmuşdu ki, çiçək radioaktiv elementlərə qarşı yaxşı vasitədir. Axı radioaktiv elementlər xərçəng xəstəliyinə yol açır. Amma elm adamları dibçək güllərinin havanı təmizləməsini mif adlandırır.

Son xəbərlər
Bütün xəbərlər »