Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ronaldinyo “Barselona”ya qayıdır

Ronaldinyo dünya futbol tarixinin ən istedadlı futbolçularından sayılır.

Əminliklə onun ən yaxşı oyunlarını “Barselona”da keçirdiyini deyə bilərik.

Bizimyol.info xəbər verir ki, Ronaldinyo Kataloniya klubuna qayıdır. Özü bu haqda “Instagram” hesabında yazıb. O, “Barselona”ya qayıtdığını qeyd edib. Amma konkret söhbətin hansı statusdan getdiyini açıqlamayıb.

“Mən yenə evimdəyəm. Tanrıya bu sədaqət və hörmətə görə təşəkkür edirəm. Burada həmişə böyük enerji var. Prezidentlə görüşdüm. Tezliklə xəbər yayacağıq”, - braziliyalı belə deyib.

Ronaldinyo “Barselona”da 2003-2008-ci illərdə oynayıb. Kataloniya klubu heyətində ən çox meydana çıxdığı komandadır. Ronaldinyo burada 145 oyun keçirib, 70 qol vurub.

Son xəbərlər
Bütün xəbərlər »