Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada əhalinin sayını miqrantların sayəsində artırmaq istəyirlər

Rusiyada əhalinin sayı dayanmadan azalır. Hətta hokumət də bundan ciddi narahatlıq keçirir.

Bizimyol.info xəbər verir ki, Rusiyada əhalinin sayını miqrantların sayəsində artırmaq istəyirlər. Bu haqda Rusiya Elmlər Akademiyasının ümumi iclasında Əhalinin Sosial-İqtisadi Problemləri İnstitutunun direktoru Vyaçeslav Lokosov danışıb. O, say artımı üçün beş istiqamət təklif edib.

Lokosovun fikrincə, ən azı 2030-cu ilə qədər azalmanın davam edəcəyinə şübhə yoxdur. Üstəlik, əhalinin sağlamlıq göstəricilərində də geriləmə var. Məsələn, son 30 ildə tam sağlam uşaqların göstəricisi 49 faizdən 12 faizə düşüb. İş orasındadır ki, Rusiyadakı ailələrin 17 faizində uşaq yoxdur.

Lokosov birinci istiqamət kimi dövlətin sosial cavabdehliyinin möhkəmləndirilməsini görür. Son 30 ildə ruslar tibbi xidmətlər üçün daha çox ödəməyə başlayıb.

İkincisi, həyat səviyyəsinin və keyfiyyətinin artırılmasıdır. Sosioloji sorğulara əsaslansaq, Rusiyada doğum faizinin aşağı olmasında maddi çətinliklərin birbaşa rolunu görərik. “Rusiyada yoxsul ailələrin 80 faizində uşaq da var”, - Lokosov deyir.

İnstitut rəhbəri üçüncü istiqamət deyəndə ailə dəyərlərinə qayıtmağı, çoxuşaqlılığı nəzərdə tutur. Dördüncüsü, Rusiya iqtisadiyyatına miqrantların cəlb olunmasıdır. Onun fikrincə, gəlmələr doğum faizlərini də artıra bilər.

Beşinci istiqamət isə iqtisadiyyatın müasirləşdirilməsidir. Lokosov Rusiya cəmiyyətinin bütün istiqamətlərdə uğur qazanmaq üçün potensialı olduğunu düşünür.

Son xəbərlər
Bütün xəbərlər »