Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ən çox izlənilən türk serialları
2019-11-13_201512

Türk televiziya seriallarının 146 ölkədə tamaşaçı auditoriyası var.

Türkiyə bu göstərici üzrə yalnız ABŞ-dan geri qalır. Qeyd olunur ki, Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Afrika və Amerikada bu ölkədə istehsal olunmuş teleseriallara 700 milyondan çox tamaşaçı baxıb. Onların nümayişindən əldə olunan gəlir isə 500 milyon dollara çatıb.

Agentliyin məlumatına görə, xarici ölkələrdə ən çox tamaşaçısı olan “Möhtəşəm yüz il” serialı 70 ölkədə 500 milyona yaxın tamaşaçı toplaya bilib. Digər populyar ekran əsərləri sırasında “Diriliş: Ərtoğrul”, “Qara para eşq”, “Adını Fəriha qoydum”, “Gümüş” və “Fatmagülün suçu nə?” teleserialları var.

Türk teleserialları arasında xarici televiziya bazarına ilk ixrac edilən film 1975-ci ildə lentə alınmış və 1981-ci ildə Fransaya satılmış “Aşk-ı Məmnu” olub. Bu serialların MDB məkanında Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda, habelə Balkan ölkələrində daha populyar olduğu bildirilir. Məşhur futbolçu Lionel Messi də “Qara para eşq” serialına baxdıqdan sonra təəssüratını instaqram səhifəsində bölüşüb. “Diriliş: Ərtoğrul” serialı isə Venesuela Prezidenti Nikolas Maduronun sevimli filmlərindən biridir. Son məlumata əsasən, ən tanınmış Netflix yayım şirkəti dörd türk serialının yayım haqlarını satın alıb. (Qafqazinfo.az)

Paylaş »
››› Xarici İşlər Nazirliyində həbs olunanların kimliyi bəlli olub
››› İqbal Ağazadə AzTV-nin koronavirusdan vəfat etmiş redaktoru barədə: "İcra başçısının qoçuları onu döymüşdülər"
››› Azərbaycanda koronavirusun aşkarlanmadığı rayon
››› TƏBİB sədri: "COVID-19-un yeni klinik əlamətləri üzə çıxır"
››› DTX Xarici İşlər Nazirliyinin vəzifəli şəxslərini həbs edib
Son xəbərlər
Bütün xəbərlər »