Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Venesiya su altında qalıb: İnsanlar küçələrdə üzür

Su içində tarixin böyük yadigarı sayılan Venesiyada həyat iflic olub. Şəhər su altında qalıb.

Bizimyol.info xəbər verir ki, Venesiyada suyun səviyyəsi son 50 ildə ən yüksək səviyyəyə çatıb. Ümumi səviyyə 183 santimetr göstəricisinə işarə vurur. İtaliya şəhərinin 80 faizini su basıb.

Venesiya meri Luici Brunyaro özünün “Twitter” səhifəsində təbii fəlakətə görə şəhərdə fövqəladə vəziyyət elan olunduğunu bildirib. O, kömək üçün hökumətə müraciət edib.

Şəhər əhalisinə evlərini tərk etməmək məsləhət görülür. Çünki hava şəraiti bir az da pisləşəcək. Amma xəbərdarlığa qulaq asan çox deyil. İnsanlar küçələrdə hətta üzməyi də sınayır.

Venesiyada axırıncı ən böyük subasma hadisəsi 1966-cı ildə qeydə alınmışdı. Onda suyun səviyyəsi 190 santimetrə çatmışdı.

Son xəbərlər
Bütün xəbərlər »