Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İspanlar Superkuboku Səudiyyə Ərəbistanına satdı: UEFA etiraz edir

İspaniya Futbol Federasiyası Luis Rubialesin başçılığı ilə Superkubok islahatları aparır. Yarışın formatı dəyişdirilib, “Dördlər finalı” olacaq. Özü də oyunlar avqustda yox, yanvarda baş tutacaq.

Bizimyol.info xəbər verir ki, ispanlar Superkuboku Səudiyyə Ərəbistanına satıb. Ərəblər yarışın 3 illik haqlarını əldə etmək üçün 120 milyon avro ödəyib. “Barselona”nın futbolçusu Jerar Pike əsas vasitəçi olub.

Formata görə, çempion (“Barselona”) ikinci yerin sahibiylə (“Atletiko”), son mövsümü üçüncü pillədə başa vuran komanda isə (“Real”) ölkə kubokunun qalibiylə (“Valensiya”) qarşılaşacaq. Oyunlar 8-12 yanvarda keçiriləcək.

İtaliya Futbol Federasiyası artıq ərəblərlə əməkdaşlıq edir. Səudiyyə Ərəbistanı hər il Superkuboka görə italyanlara 8 milyon avro ödəmək öhdəliyi götürüb. Keçən il “Yuventus”la “Milan” məhz Ciddədə üz-üzə gəlmişdi.

UEFA avropalıların bir-birinin ardınca Səudiyyə Ərəbistanı ilə razılaşmasına etiraz edir. Çünki bu İslam ölkəsində qadınların hüquqları məhdudlaşdırılır. Zərif cinsin nümayəndələri hələ də stadionlara buraxılmır.

Son xəbərlər
Bütün xəbərlər »