Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyada aclıq: Hər gün əhalinin 40 faizi qarnını doyura bilmir

Dünyanın ən qapalı ölkəsi sayılan Şimali Koreyada iqtisadi böhran getdikcə dərinləşir. Bu il daha çox əlverişsiz hava şəraiti üzündən kənd təsərrüfatında məhsuldarlığın aşağı olması özünü göstərib.

Bizimyol.info xəbər verir ki, İsveçrənin GEOGLAM analitik mərkəzinin məlumatına görə, quraqlıq və daşqınlar Cənubi və Şimali Xuanxe, Cənubi Pxyonan vilayətlərində həyatı iflic edib. Üstəlik, sentyabrdakı Linlin tayfunu məhsulları sıradan çıxarıb.

KXDR-ə tətbiq olunan sanksiyalar da problemləri dərinləşdirir. Kənd təsərrüfatında yanacaq, gübrə çatışmazlığı var. Ümumiyyətlə, ərzaq qıtlığı ölkə əhalisini əldən salır.

Eyni zamanda, Şimali Koreya Cənubi Koreyanın ərzaq köməyini rədd edir. Cənublular 50 min ton buğda göndərməyə hazır idi. Amma KXDR-dən müsbət cavab almadılar.

BMT-nun məlumatına görə, Şimali Koreya əhalisinin 40 faizi hər gün qarnını doyura bilmir.

Son xəbərlər
Bütün xəbərlər »