Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dakı ermənilər Ərdoğanın səfərinə etiraz aksiyası hazırlayıblar

ABŞ-dakı ermənilər PKK terrorçuları ilə birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfərinə qarşı etiraz aksiyası hazırlayıblar.

Bizimyol.info xəbər verir ki, “Anadolu” agetliyinin məlimatına görə Amerikanın Etməni Milli Komitəsi (ANCA) PKK terrorçularını dəstəkləyən Amerika Rojava Demokratiya Mərkəzi və Erməni Gənclər Federasiyası ilə birlikdə Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona ikigünlük səfərinə qarı etiraz aksiyalarına hazırlıq görüldüyünü bəyan edib.

Onlar bununla əlaqədar sosial şəbəkələrdə xüsusi səhifə yaradıblar. Ermənilər PKK-nı dəstəkləyənləri Ağ Evin qarşısına toplaşmağa və Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatına etiraz etməyə çağırıblar. “Əzabkeş xalq”ın nümayəndələri “erməni soyqırımı” ilə bağlı şüarlar da səsləndirəcəklər.

Birləşmiş Ştatlarda fəaliyyət göstərən türk icmalarının rəhbərləri qeyd ediblər ki, erməni qrupları ABŞ Nümayəndələr Palatasında “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin qəbul edilməsindən sonra daha da azğınlaşıb. Ermənilərin və PKK-nı dəstəkləyən qrupların Türkiyə Prezidentinin səfəri ilə bağlı etiraz aksiyası keçirəcəyi təqdirdə türklərin də adekvat addımlar atacağı bildirilib.

Son xəbərlər
Bütün xəbərlər »