Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölü donuzu tabuta qoyub Ali Radaya gətirdilər

Ukraynada mülkədarlar ölü donuzu tabuta qoy raq Ukrayna Ali Radası binasının qarşısına gətiriblər.

Bizimyol.info xəbər verir ki, bu addımla insanlar ölkədə torpaq satışlarına görə moratoriumun aradan qaldırılmasına qarşı çıxaraq etiraz aksiyası keçiriblər. Onların sözlərinə görə, bu halda fermerlər və kiçik mülkədarlar böyük aqro-holdinqlərlə rəqabət apara bilməyəcəklər.

"Holdinqlər kənd əhalisinin həyatı ilə maraqlanmır. Əldə etdikləri gəlir onlar üçün daha önəmlidir" - deyə Ukraynanın Aqrar Şurasının nümayəndəsi Denis Marçuk bəyan edib.

Qeyd edək ki, piket iştirakçılarının heyvanları Kiyevin mərkəzində, Konstitusiya Meydanında basdırmağı planlaşdırdıqları məlum olub.

Xatırladaq ki, Ukraynada torpaq satışları üzrə moratorium qərarı 2001-ci ildən etibarən qüvvədədir. Noyabrın 13-ü isə Ukrayna Ali Radası qərarın ləğv edilməsini gözdən keçirəcək.

Adelya

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »