Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin bəhs etdiyi binalardan birində bu il yanğın baş vermişdi – Fotolar

Xəbər verildiyi kimi dövlət başçısı Bakı Şəhər İcra Hakimiyyətinin başçısını qəbul edərkən bildirmişdi ki, çoxmərtəbəli yaşayış binalarının həyətində ictimai istifadə üçün yerlər yoxdur.

Bizimyol.info xəbər verir ki, belə çoxmərtəbəli yaşayış binalarından biri Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində Qoşa Park" yaşayış kompleksidir.

Bu ilin fevral ayında yaşayış kompleksində baş verən yanğını xatırladan sakin iddia edib ki, təhlükəsizlik tədbirləri üçün nəzərdə tutulan binalar arasındakı məsafəyə də əməl olunmayıb.

Binanın böyük olmayan həyəti avtomobillərin parklanma yerinə çevrilib. Yaşayış kompleksində sakinlərin asudə vaxtını keçirməsi üçün şərait yaradılmayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »