Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"WhatsApp" yeni qadağalara başlayıb – Nömrələri bloklayır

"WhatsApp" messenceri qaydaları pozan qrupların istifadəçisi olan telefon nömrələrini bloklamağa başlayıb.

Bizimyol.info xəbər verir ki, son həftələrdə artıq bloklanmış nömrə sahiblərindən şikayətlər daxil olmaqdadır.

“WhatsApp" idarəçiləri şikayət olunan qrupların adlarında qaydalara zidd əlamətləri aşkar ediblər. Xatırladaq ki, “WhatsApp”ın yaradıcıları messencerdə yalan informasiyaların yayılmasının qarşısını almaq üçün bir neçə ay öncə qadağa tətbiq edib.

Belə ki,istifadəçiləri öz razılıqları olmadan hansısa qruplara əlavə etmək olmaz. Yeni əlavə parametrlərdə görsənir. Parametrlərə daxil olarkən, “istifadəçini kim qruplara əlavə edə bilər” bölümündə “telefon nömrələri siyahısındakı şəxslər və ya heç kim” deyə seçim imkanı yaranır. İstifadəçini qrupa əlavə etmək istəyəndə ona sorğu göndərilməli və uyğun olaraq, istəyin rədd edilməsivə ya əlavə edilməsi imkanı yaradılmalıdır.

Xatırladaq ki, bir müddət öncə Hindistanda “WhatsApp” vasitəsilə uşaqların oğurlanması barədə yayılan yalan xəbərlər qarışıqlığa səbəb olmuşdu. “WhatsApp” vasitəsi ilə şəkilləri yayılmış “uşaq oğruları” küçələrdə insanların hücumuna məruz qalmışdılar.

Bu hücumlar nəticəsində bir-neçə günahsız insan öldürülmüşdü. Bu hadisələrdən sonra Hindistan hökuməti “WhatsApp” rəhbərliyinə müraciət edərək, yalan informasiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görməyi tələb edib.

Həmçinin bundan sonra, istifadəçilər telefonun ekranındakı “WhatsApp” yazışmasını “screen” edə bilməyəcək.

Buna səbəb kimi son zamanlar şəxsi təhlükəsizlik məsələsinə ayrılan diqqət göstərilib. Bu tətbiq baş tutsa, “WhatsApp” sosial şəbəkə taxirində ilkə imza atmış olacaq.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »