Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyandan azərbaycanlı fəalın sualına əndirabadi cavablar

Azərbaycanlı fəal Bəxtiyar Hacıyev Ermənistanın Baş Naziri Nikol Paşinyana Paris Sülh Forumunda Qarabağla bağlı sual ünvanlayıb.

Bizimyol.info xəbər verir ki, onlar aras;nda maraqlı disskussiya baş tutub. Suallar səslənərkən Paşinyan qeydlər etmək üçün qələm axtarmağa başlayıb. B.Hacıyev bildirib ki, əgər ona qələm lazımdısa, o özününkünü Paşinyana verə bilər. Baş Nazir əvvəlcə imtina etmək istəsə də, qələmi Hacıyevdən alıb. Bu zaman B.Hacıyev “Bu, Azərbaycandan bir hədiyyədir” deyə söz atıb.

Sonradan Hacıyev sözügedən görüşü və qələm dialoqunu belə şərh edib: “Tədbirə gəlib, qələmi yox idi. Çıxarıb qələm verdim, dedim hədiyyəm olsun. Sonra köməkçilərindən biri qaytardı ki, sağ ol, lazım deyil. Dedim aldıqlarınızın hamısını belə qaytaracaqsınız”.

Bəxtiyar Hacıyev :

“ Siz münaqişəylə bağlı bir çox beynəlxalq reaksiyalara istinad etdiniz. Amma eyni zamanda, başqa beynəlxalq qərarlar var ki, onlar erməni qoşunlarının Qarabağdan çıxarılmasını tələb edir. Avropa Birliyi ölkələri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycan belə bir təklif vermişdi ki, ermənilərlə azərbaycanlılar birgə yaşaya bilərlər. Bu, işin birinci tərəfidir”.

Bu suala Paşinyan qəribə cavab verib:

Əgər Azərbaycanın işğalı ilə bağlı beynəlxaql qətnamə və qərarlar varsa onda siz niyə danışıqlar aparmaq istəyirsiniz?Niyə Qarabağa status vermək istəyirsiniz. Qarabağa status verilməsi münaqişəni yendiən sıfırdan başlatmaq demək olacaq.Qarabağ sovet dönəmində muxtariyyət əldə etmişdi , amma elə bu səbəbdən müharibə başladı.

Bəxtiyar Hacıyev:

“Digər məsələ bundan ibarətdir ki, siz ermənilərin və erməni soyadlı insanların Azərbaycana gedə bilmədiyini demisiz. Amma mən sizə xatırladıram ki, Birinci Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev auditoriyanı sakitləşməyə çağırmışdı və onlardan qalib gəlmiş erməni idmançıya hörmət etməyi xahiş etmişdi. Biz hamımız başa düşürük ki, sülh, konfliktin həlli bütün regionda vəziyyətin sabitləşməsi və çiçəklənməsi deməkdir. Siz qarşı tərəfin Baş Naziri kimi Xankəndində “Qarabağ Ermənistanındır” demisiz. Bu, məsələnin sülh yolu ilə həll edilməsinə necə yardım edə bilər?”

Paşinyan isə yenə öz fikirlərində isrra edərək münaqişənim məhz Sumqayıtda ermənilərin öldürülməsi ilə başladığını qeyd edib və əlavə edib ki, Azərbaycanlılar Ermənistandan qaçanda əşyalarını götürüblər, onların təhlükəsizliyini polis təmin edib, Azəbaycandan qaçan ermənilər isə yarıçılpaq ölkəni tərk ediblər.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov mətbuata verdiyi açıqlamada məsələyə bu şəkildə cavab verib: Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil, biz Azərbaycan daxilində ermənilərə öz müqəddəratını təyin etmək hüququ verə bilərik. Baxmayaraq ki, ermənilərin öz dövləti var. Amma Azərbaycanın ərazilərinin hesabına ikinci erməni dövlətinin yaradılmasına biz yol verə bilmərik və verməyəcəyik.

İlhamə Rəsulova, Bizimyol.info