Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bankın qadın əməkdaşı 4 il ərzində 80 təqaüdçünün pulunu oğurlayıb

Rusiyada bankların qadın əməkdaşlarını dələduzluq əməlləri bir-birini əvəz edir.

Xüsusilə Tatarıstanda, Başqırdıstanda buna meyl hiss olunur. Amma bu dəfə Tambovdan dələduzluq xəbəri gəlib.

Bizimyol.info xəbər verir ki, Sosnovsk rayonunda bankların birində qadın əməkdaş 4 il ərzində 80 təqaüdçünün pulunu oğurlayıb. Məsələ ortaya çıxandan sonra onu işdən azad ediblər. Bank bütün zərərçəkənlərin pulunu ödəyib. İndi Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsi (dələduzluq) ilə ittiham olunan qadını məhkəmə gözləyir. Bank keçmiş əməkdaşından zərəri bu yolla geri almaq fikrindədir.

Son xəbərlər
Bütün xəbərlər »