Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda insanlar bütün gecəni ərzaq növbəsində keçirir

Türkmənistanda bu il böyük ərzaq qıtlığı müşahidə olunur. Vəziyyət o qədər pisdir ki, insanlar bütün gecəni ərzaq növbəsində keçirir.

Bizimyol.info xəbər verir ki, dörd gündür paytaxt Aşqabadın “Qaraqum” və “Əlvan” mağazalarında un satmağı dayandırıblar. Satılan yerlərdə isə gecə 2-dən növbə tutmaq lazımdır. Hamı bunu bacarmır. Onda dövriyyəyə işsizlər girir. Onlar gecədən növbəyə dayanaraq səhər tezdən dövlətin müəyyənləşdirdiyi qiymətə un ala bilirlər. Sonra isə bunu başqalarına daha baha satmaq mümkündür.

Türkmənistanda daha çox yumurta qıtlığı yaşanır. Həmin işsizlər səhərə yaxın 7 türkmən manatına 15 yumurta ala bilirlər. Hava işıqlananda isə bu qədər yumurtanı 10 manata satırlar.

Dövlət mağazalarında çörəyi 0,6 manata satırlar. Əlbəttə, hamıya çörək çatmır. Ona görə də özəl mağazalarda 300 qramlıq çörəyə 2 manat vermək lazım gəlir.

Son xəbərlər
Bütün xəbərlər »