Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marsa nə qədər insan yerləşdirmək olar...

Yaxın 100 ildə Marsda insanların peyda olacağına şübhə yoxdur. Elm adamları bunun üzərində baş sındırır. Yeni əsrin 30-cu illərində Marsa ilk insan ayağı dəyəcəyi gözlənilir.

Bizimyol.info xəbər verir ki, bu planetə əvvəlcə 12 nəfərlik heyət yollanacaq. Sonra hər 26 aydan bir Marsa adamlar yerləşdiriləcək. Elm adamları yaxın 100 ildə ora 1 milyona qədər insanın gedə biləcəyini proqnozlaşdırır.

İnsanlar Marsda nəsil artıra biləcəkmi? Qida problemi necə həllini tapacaq? Mərkəzi Florida Universitetinin alimləri – Kevin Kennon və Deniel Britt bu suallara cavab tapmağa çalışır. Onlar İlon Maskın planlarını uyğun sayırlar. Əvvəlcə Marsa 12 nəfər gedir. Sonra xüsusi reyslər təşkil olunur. Hər reysdə 100-200 insanın yola düşməsi mümkünləşir.

Ketton və Brittin tədqiqatları göstərir ki, Marsda həyat üçün vacib olan 4 ünsürü – enerjini, suyu, oksigeni və tikinti materiallarını əldə etmək çətin olmayacaq. Amma qida ilə bağlı sıxıntı yaşanılması qaçılmazdır. Mütəxəssislər bitki, həşərat yetişdirməyi, heyvandarlıq üçün münbit şərait yaratmağı məsləhət görür.

Elm adamları hesab edir ki, balıq yetişdirilməsi maldarlığa nisbətən daha asan başa gələcək. Çünki balıqlar daha aşağı temperaturda yaşaya bilirlər. Mars torpağının tərkibi bitkiçiliyin inkişafına müəyyən qədər əngəl olacaq.

Nəsilartırma ilə bağlı çoxlu suallar var. Marsda cazibə qüvvəsi Yerdəkinin 38 faizini təşkil edir. İnsana oradakı yerli şəraitə uyğunlaşmaq asan olmayacaq. Ümid daha çox texnologiyayadır. Texnologiyanın zamanla inkişadı insanın Marsa adaptasiyasına, həyat şəraiti yaratmasına xidmət edəcək.

Son xəbərlər
Bütün xəbərlər »