Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ruslar Suriyada S-300 və S-400 komplekslərini niyə söndürüb?
israilden_manidar_hamle_sozde_s_400_icin_1511775230_7295

Rusiya Suriya ərazisində yerləşdirdiyi S-400 “Triumf” və S-300 “Favorit” zenit-raket komplekslərini deaktiv edib.

Bu haqda İsrail KİV-ləri kəşfiyyat mənbələrinə istinadən bildirir.

Səbəblər məlum deyil, amma “Debka” saytı bildirir ki, hazırda Suriya ərazisində Rusiyanın orta mənzilli heç bir havadan müdafiə sistemi aktiv deyil.

“Rusiyanın “Hmeymim” aviabazasındakı S-400 kompleksləri sakitcə “deaktiv” edilib. Bir hərbi mənbə bildirib ki, hazırda Suriyada heç bir S-400 kompleksi fəaliyyətdə deyil. Üç ay qabaq “DEBKAfile” hərbi mənbələri Rusiyanın S-400 sistemlərinin Masyaf əyalətindən qrbdəki mühüm Suriya hərbi obyektinin hüdudlarından kənarda yerləşdirildiyini, amma deaktiv edildiyini və radarlarının söndürüldüyünü bildirmişdi”,-nəşr yazır.

Maraqlı fakt həm də budur ki, bir neçə həftə əvvəl “Hmeymim” aviabazasına Rusiyanın hərbi yük və nəqliyyat təyyarələri bir-birinin ardınca eniş ediblər. Həmin təyyarlərin S-400 komplekslərini ərəb respublikasından çıxardığı istisna deyil, hərçənd bu barədə heç bir rəsmi şərh yoxdur.

İsrail nəşrinin yazdığına görə Rusiyanın Suriyada qabaqcıl zenit-raket komplekslərini “söndürməsi” spekulyasiya predmetidir, bəzi ehtimallara görə onların saxlanılması xərc tələb etdiyindən Rusiya Suriya əməliyyatları büdcəsini məhdudlaşdırdığından bu komplekslər çıxarılır. Digər versiyaya görə son vaxtlar Moskva S-400 komplekslərini xarici müştərilərə bir-birinin ardınca satdığı üçün Rusiyanın özündə həmin komplekslər çatışmır. Xüsusən də Qara dəniz və Baltik regionu ətrafında. (Virtualaz.org)

Paylaş »
››› DİN-dən həbs edilən polkovniklə bağlı açıqlama
››› Lələtəpəyə bayraq sancan polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu - Foto
››› General deputatlığa namizədliyini irəli sürdü
››› 40 yaşından sonra uğur qazanacaq 5 bürc
››› "3-cü mikrorayon bazarı" da yanıb
Son xəbərlər
Bütün xəbərlər »