Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heç kimə xəbər vermədən 7 qadınla evləndi: Həftənin hər gününü bir qadınla keçirirmiş

Türkiyədə bir kişi heç kimə xəbər vermədən ayrı-ayrılıqda 7 qadınla imam nikahına girib. O, həftənin hər gününü bir həyat yoldaşı ilə keçirirmiş.

Bizimyol.info xəbər verir ki, 41 yaşlı Ömər Ş. 7 qadını aldadaraq onların hər biri ilə həqiqəti gizlədərək ailə həyatı qurub. Onun bu nikahlardan 5 övladı dünyaya gəlib.

Sirrin üstünü qayınanalarından biri açıb. Ömərə zəng vurarkən telefonun dəstəyini başqa qadın götürüb. Beləcə, xətakarın həyat yoldaşlarından biri məsələdən xəbər tutub. Həmin qadın xəfiyyə kimi araşdırmaya başlayıb. Tezliklə hamı məsələdən xəbər tutub.

Ömərin 31 yaşlı həyat yoldaşı Sevgi Demir danışır: “Ömərlə dostlarımla getdiyim bir məkanda tanış oldum. 2012-ci il idi. Məni heç rahat buraxmadı. Altı ay arxamca gəzdi. Üç dəfə uğursuz evlilik yaşadığını, indi də boşanma mərhələsində olduğunu söylədi. Aylar keçirdi. Buna görə də imam nikahına razılaşdım. Hamilə qaldım. Heyvandarlıqla bağlı başqa şəhərə getdiyini deyərək həftənin 6 günü evdə olmurdu. Sonra başqa qadınla da yaşadığı üzə çıxdı. Təbii ki, bunu öyrənmək illərimi aldı”.

Sirrin üstünü də Sevginin anası açıb. Ömər bir müddətdir qadından aldığı borcu geri qaytarmırmış. Zəng zamanı dəstəyi Selin adlı qadın götürüb. Bununla da məsələ böyüyüb. Bu iki qadın araşdıraraq, Ömərin daha beş arvadı olduğunu öyrəniblər. İndi çoxarvadlı kişini məhkəmə gözləyir.

Son xəbərlər
Bütün xəbərlər »