Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İtaliya ilə aqrar turizm sahəsində əməkdaşlıq etmək məqsədimiz var”

18-24 noyabr 2019-cu il tarixlərində Dünyada İtalyan mətbəxinin dördüncü həftəsi keçiriləcək.

Bizimyol.info xəbər verir ki, bu gün İtaliyanın Bakıdakı Səfirliyi və Bakıdakı İtaliya Ticarət Agentliyinin təşkil etdiyi tədbirdə bildirilib.

Bildirilib ki, bu təşəbbüsün məqsədi keyfiyyətli İtalyan mətbəxinin və İtalyan qida məhsullarının dünyada tanıdılmasıdır. Bu, getdikcə daha da genişlənərək Made in Italy üçün vacib bir hadisəyə çevrilməkdədir.

Həftə ərzində İtaliyanın diplomatik-konsulluq şəbəkəsi, İtaliyanın mədəniyyət institutları və İtaliya Ticarət Agentliyinin ofisləri dünyada çox sayda tədbir təşkil etmək niyyətindədirlər.

“Dünyda İtalyan mətbəxtinin “Expo Milano 2015” çərçivəsində gündəmdə olan qida və ətraf mühitin qorunması, sağlam qida mədəniyyəti, qida təhlükəsizliyi, qida hüququ ,qida təlimi, ərazilərin xüsusiyyətləri və biomüxtəliflik kimi böyük aktuallıq kəsb edən mövzulara da toxunulacaq”-deyə tədbirdə bildirilib.

YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olan Aralıq dənizi pəhrizi vasitəsilə sağlam həyat tərzini təşviq etmək və İtalyan kulinariya ənənəsini qorumaq məqsədi ilə geniş şəkildə təşəbbüsün bütün coğrafi bölgələri əhatə etməsinə imkan yaradır.

“Aqrar tədarük və təchizat” ASC-nin sədri Leyla Məmmədova bildirib ki, İtaliya ilə Azərbaycanın həm iqtisadi, həm siyasi əməldaşlıq yüksək səviyyədədir: “Bu bizim ilk əməkdaşlığımızdır. Aqrar turizm sahəsində əməkdaşlığıq etmək məqsədimiz var”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »