Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stalin nə qədər pul qazanmışdı?

Sovet dövründə belə mif vardı ki, SSRİ-nin məşhur rəhbəri İosif Stalin çox sadə həyat sürüb, vəfat edəndə də hətta əynindəki köynək də köhnə imiş. Amma “Time” jurnalının 2015-ci ildə dərc etdiyi material başqa mətləblərdən xəbər verir.

Bizimyol.info xəbər verir ki, Stalinin düşünüldüyündən daha çox pul qazandığı hesab olunur. “Time” jurnalının materialında tarixin ən varlı adamları arasında SSRİ liderinin də adı çəkilmişdi. Doğrudanmı Stalin varlı idi?

Hesab olunur ki, qəddar rəhbər dövlətin verdiyi imtiyazlardan geninə-boluna istifadə edirdi. Amma cibində çox pul olmazdı. Yəni şəxsən özü əsginaslara maraq göstərmirdi. Deyilənə görə, bir dəfə Batumidə gürcü yoldaşlarla görüş zamanı restoranda hesabı ödəyə bilməyib. Mühafizəçiləri 300 rubl toplayaraq Stalinə kömək ediblər.

Sonralar qızı Svetlana Alliluyeva inanılmaz şeylər danışacaqdı. Guya Stalin əsginaslardan bir o qədər baş çıxarmırdı, 100-lük rublu böyük pul sayırdı. Stalinə 10 min rubl məvacib verilirdi. SSRİ rəhbəri pulu hara xərcləyəcəyini bilmirdi. Ona, üstəlik, yazdıqlarına görə qonorar da verirdilər.

Ölümündən sonra Stalinin əmanət kitabçasında 900, bank hesabında 30 min rubl tapıldı. Qərb mənbələri isə 3,5 milyon rubl sərvətdən yazırdı.

Son xəbərlər
Bütün xəbərlər »