Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ziyad Səmədzadə: "Azərbaycanda kölgə iqtisadiyyatı ilə bağlı real durumu bilmirik"

Komitə sədri aidiyyatı dövlət qurumlarına ölkədəki kölgə iqtisadiyyatının real durumu ilə bağlı izahat verilməsinə çağırış edib.

Bizimyol.info xəbər verir ki, belə bir çağırışla Milli Məclisdə 2020-ci il büdcəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxışı zamanı çıxış edib.

Komitə sədri deyib ki, növbəti ildə ölkə iqtisadiyyatının kölgədən çıxarılması istiqamətində işlər görüləcək. “Ancaq biz Azərbaycanda kölgə iqtisadiyyatı ilə bağlı real durumu bilmirik. Bunun üçün müvafiq dövlət qurumları iş Aparır. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi və Statistika Komitəsi ölkə iqtisadiyyatındakı real kölgə iqtisadiyyatının real durumu ilə bağlı açıqlama verməlidirlər. Çünki mətbuatda bununla bağlı müxtəlif fikirlər səslənməkdədir. Bəzi xarici ölkələr və təşkilatlar bununla bağlı fərqli fikirlər qeyd edirlər. Biz hansının doğru olduğunu bilmirik. Ola bilsin ki, bu rəqəmlər şişirdilir. Ona görə də real durumla bağlı açıqlama verilməlidir”- komitə sədri deyib.(olkə.az)

Son xəbərlər
Bütün xəbərlər »