Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanda Konistitusiyanın məramları pozulub”-Hüquqşünasdan sərt açıqlama

Bu gün, 12 noyabr Azərbaycanda Konistitusiya günüdür.

Mövzu ilə bağlı Bizimyol.info-ya açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildir ki, əgər insanın əmlakı yoxdursa, mülkiyyət hüququ yoxdursa, onun azadlığı da, yaşaması da və digər hüquqları da təhlükə altındadır.

Əkrəm Həsənov

“Hüquqların təminatı olmayan və hakimiyyət bölgüsü olmayan cəmiyyətin konistitusiyasi yoxdur.

Yəni sənədin formal mövcudluğu o demək ki həmin ölkənin konistitusiyası var.

Konistitusiya ölkəkin əsas qanunudur. Bizim konistitusiyamızda gözəl sözlər çoxdur, amma ona riayət olunmur.

Reallıqda hakimiyyət bölgüsü yoxdur. Reallıq budur ki həm qanunverici hakimiyyət, həm də məhkəmə hakimiyyəti icra hakimiyyətindən asılı vəziyyətdədir.

Hakimiyyətlərin qarşılıqlı məsuliyyəti olmursa, təbii ki orada effektiv idarəetmə də olmur”,-deyə hüquqşünas bildirib.

O, deyib ki insan haqlarının təminatı məsələsi bu gün Azərbaycanda ciddi problemdir: “Amma ölüm hökmü prinsipcə yoxdur. Hüquq mühafizə orqanları və məhkəmə nə qədər ədalətsizlik etsə də, insanı həyatından məhrumetmə yoxdur.

Xəbərlər var ki, qanunsuz azadlıqdan məhrumetmə var, işgəncə var. Yəni azadlıq hüququ bizdə tam təmin olunmur”.

Hüquqşünas bildirib ki, mülkiyyət hüququ da önəmli məsələdir: “O yerdə ki mülkiyyət hüququ qorunmur, digər hüquqlardan söhbət gedə bilməz. Təəssüflər olsun ki nə adi vətəndaşlara, nə də sahibkarlara münasibətdə Azərbaycanda mülkiyyət hüququ qorunmur. Prinsipcə, kiminsə sənin mülkiyyətindən xoşu gəlibsə, onun əlində dövlət hakimiyyəti varsa, məmurlara yaxın adamdırsa, əmlakınızı əlinizdən ala bilər.

Əmlakı yoxdursa, mülkiyyət hüququ yoxdursa, onun azadlığı da, yaşaması da və digər hüquqları da təhlükə altındadır”.

Hüquqşünas Əkrəm Həsənov bildirib ki, digər mühüm problemlərdən biri ədalət mühakiməsinin Azərbaycanda ciddi problem altında olmasıdır: “Konistitusiyanın məramlarından biri odur ki, dövlətin ali əsas məqsədi insan hüquqlarının müdafiəsidir və layiqli həyat tərzinin təmin edilməsidir. Bu da yoxdur. Çünki bunu etməli olan məhkəmənin vəziyyəti göz qarşısındadır. Yəni nə oynamaq istəsən çalırlar, ədalətsiz qərar verirlər”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »