Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert : "Büdcəni inflyasiya böyüdüb"

“Hesablama Palatası 2020-ci il üzrə Sosial Müdafiə Fondunun büdcəsilə bağlı rəyində maraqlı bir müqayisə verib.

2013-cü ildə Azərbaycanda orta aylıq pensiyanın məbləği pensiyaçıları üçün yaşayış minimumunun 181.4%-nə bərabər olub. Yəni orta pensiya ala bilən şəxs özünün minimum istehakını ödəyəndən sonra aldığı pensiyanın 81.4%-i də cibində qalırmış.”

Bu fikirləri iqtisadçı Rövşən Ağayev səsləndirib.

Rövşən Ağayev

“Amma 2019-cu ildə həmin nisbət 167.8%-ə enib. Bu nisbətin azalması ona görə baş verib ki, 6 il əzrində qiymətlərin artımı gəlirlərin artımını xeyli üstələyib. Bu fakt əslində 6 ildə pensiyaçıların həyat səviyyəsinin pisləşdiyini göstərir - baxmayaraq ki, həmin dövrdə aldıqları pensiların nominal məbləği xeyli artıb.

Bu rəqəmlərin nə dərəcədə etibarlı olması, minumum istehlak səbətinin dəyərinin nə qədər etibarlı şəkildə indeksləşdirildiyi ayrı mövzudur. Əsas odur ki, rəsmi statistika pensiyaların gəlirlərinin alıcılıq qabiliyyətinin xeyli azaldığını göstərir.

Bu həm də onu göstərir ki, pensiyaların, maaşların nə qədər böyük məbləğdə artırılması önəmli deyil, önəmli olan həmin gəlir artımlarının inflyasiyanın yeminə çevrilməməsidir.

Rəydə göstərlir ki, minimum pensiyaların 1 ildə az qala artıdığı şəraitdə belə, 2020-ci ildə orta pensiya-yaşayış minimumu nisbəti 186.6% olacaq. Yəni ən yaxşı halda 2013-cü ildəki səviyyəyə yaxınlaşacaq.

Bu statistika həm də büdcə xərclərinin niyə kəskin artığının sadə cavabıdır - büdcəni inflyasiya böyüdüb”.

Son xəbərlər
Bütün xəbərlər »