Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıdakı parkda skamyaları balışlar və yorğanlar zəbt edib - Fotolar

Azərbaycan Milli Elmlər Akademiyasının qarşısındakı parkda skamyaların üstünü balış, yorğanlar zəbt edib.

Bizimyol.info xəbər verir ki, son bir həftədə müxtəlif vaxtlarda çəkdiyimiz görüntülərdən də aydın olur ki, parkın skamyalarında balış, yorğanlar düzülüb. Görüntülərdən yaranan ilk təəssürata görə bu balış, yorğanlarda kimsə yatıb, oyandıqdan sonra da eləcə tərk edib. Parkda olduğumuz müddətdə bu görüntünün kimdəsə maraq, narahatlıq oyandırdığına şahid olmadıq. Sanki həmin ərazidə dincələn insanlar üçün bu mənzərə adəti bir hal idi.

Elmlər Akademiyasının qarşısındakı park Elmlər Akademiyasının qarşısındakı park

Lakin diqqətimizi çəkən müəmmalı məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsi ilə əlaqə saxladıq. Zəngimizə cavablarında bildirdilər ki, məsələdən xəbərsizdirlər. Bəs, maraqlanıb maraqlanmayacaqlarmı, - deyə sualımıza cavablarında isə: "Post patrul göndərəcəyik, görək nə məsələdir? Belə şey varmı?" - deyə kobud və etinasız səs tonu ilə cavab verərək telefonu söndürdülər.

Elmlər Akademiyasının qarşısındakı park Elmlər Akademiyasının qarşısındakı park

Maraqlıdır, əhalinin çox olduğu, ələxsus da müəllim, tələbə məkanı olaraq bilinən, azyaşlı uşaqların oynadığı, yaşlıların dincəldiyi, gediş-gəlişin çox olduğu parkda balış, yorğan əvəzinə bomba olsa nə olardı? Polis idarəsi niyə ərazisindən xəbərsizdir? Ərazidə müşahidə kameraları yoxdurmu? Varsa niyə məsələdən xəbərsizdirlər?

Elmlər Akademiyasının qarşısındakı park Elmlər Akademiyasının qarşısındakı park

Onu da qeyd edək ki, şəkillər ilk dəfə 4 noyabr yağmurlu havada çəkilib. Günorta saatlarında şəkillər çəkilərkən çiskinli havada islanan bu "yataq"lar parkda dincələn, ərazidən keçən kimdəsə maraq oyatmayıb. 5 noyabr, eləcə də bu gün həmin ərazidə olduğumuzda eyni mənzərənin və münasibətin bir daha şahidi olduq.

Aləmdə Nəsib, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »