Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Lavrovun bəyanatı Rusiyameyilli kadrların işdən kənarlaşdırılmasına cavabdır"

“Lavrovun Qarabağla bağlı son bəyanatı şübhəsiz ki, mövcud beynəlxalq hüquqa, habelə Rusiya Federasiyasının vasitəçilik missiyasının prinsiplərinə uyğun olmayan açıqlamadır. Onun bu yanaşması təbii ki, açıq-aşkar hüquqa hörmətsizlik və əsassız erməni iddialarını müafiə edən açıqlamadır. Azərbaycan buna səssiz qala bilməz və qətiyyətli mövqe ortaya qoyulmalıdır, çünki burada aşkar beynəlxalq skandal doğuracaq məqamlar var. Belə bir mövqeyi başqa bir vaxt, başqa bir dövlət ortaya qoysaydı, Rusiya onu az qala beynəlxalq münasibətlərə barbarcasına yanaşmada, beynəlxalq hüququn aliliyinə hörmət etməməkdə ittiham edərdi”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Rusiya XİN başçısı Sergey Lavrovun Ermənistana səfər çərçivəsində verdiyi bəyanata münasibət bildirən politoloq Nəzakət Məmmədli səsləndirib. Politoloq redaksiyamıza verdiyi açıqlamada Rusiya rəsmisinin bu şəkildə bəyanat verrməsinin arxasında bir neçə ehtimalın olduğunu qeyd edib.

Nəzakət Məmmədova

“Üstəlik, bu bəyanatın heç bir hüquqi, siyasi, tarixi, mənəvi əsasları yoxdur və bu, diplomatik normaların kobudcasına pozulması deməkdir. "Qarabağ xalqı" adlı heç bir etnoqrafik, tarixi, coğrafi anlayış yoxdur. Xalq anlayışının öz tərifi var, o, tamamilə fərqli məfhumdur. Sual olunmalıdır: tarixən belə bir xalq olubmu, Lavrov bunu hansı mənbədən əxz edib, bu məfhumu kim "kəşf" edib, nə vaxtdan siyasi leksikona daxil etməyə çalışır, bunda məqsəd nədir və s. Orda Qarabağ əhalisi var və buna həm də Qarabağın yerli əhalisi olan azərbaycanlılar daxildir. Lavrov kifayət qədər savadlı insandır onun fikirləri təbii ki, bilməzlikdən yox, qəsdən bilərəkdən deyilmiş fikirlərdir. Lavrovun özünün erməni olmasının bu münasibətlərdə müəyyən rolu var, lakin burada əsas Rusiyanın imperiya maraqlarının təsiridir. Bu cür bəyanatlar səsləndirməklə təbii ki, Rusiya Azərbaycanı hansısa güzəştlərə məcbur etmək, öz iradəsi altına salmaq istəyir. Bu, Azərbaycada Rusiyaya yaxın kadların vurulması ilə əlaqədar ola bilər, həmçinin Azərbaycanın KTMT-yə, Avrasiya İqtisadi Birliyinə üzv olmasına zəmin yaratmaq üçün də atılmış addım da ola bilər. Bunlarla yanaşı, bildiyimiz kimi Azərbaycan Avropa ilə assiosiativ saziş imzalamaq ərəfəsindədir. Rusiya Azərbaycan və Ermənistanı post-sovet məkanında özünün son dayaqları kimi görür və bu sazişə qarşı çıxmağa hazırlaşır. Hər bir halda bu, Azərbaycana qarşı diplomatik demarşdır və cavabı özünü çox gözlətməməlidir. Rusiyanın Azərbaycana qarşı birdən-birə belə aqressivcəsinə davranışlarının arxasında Azərbaycanın Avropa Birliyi ilə Assosiativ saziş imzalamağa hazırlaşması da səbəblərdən biri ola bilər. Xüsusilə, son günlərdə Ukraynanın NATO-ya üzvlüyü məsələsinin aktuallaşması fonunda Rusiya Qərblə toqquşma məkanlarına dair destruktiv bəyanatlar verərək, Qafqazda ikinci cəbhə açmaq, tərəflərin hərbi əməliyyatlara başlamasına dəstək anonsu verə bilər. Lavrovun bəyanatı faktiki olaraq status-kvonun pozulmasına qədər gətirib-çıxara bilər. Qoşunların təmas xəttində atəşkəsin Rusiyanın dəstəyi ilə hərbi əməliyyatlar mərhələsinə keçməsi ehtimalı bəyan olunur. Rusiyanın bu demarşları Azərbaycanla Avropa arasında Assosiativ saziş və Ukraynanın NATO üzvlüyü ilə bağlıdır. Rusiya Qərbə hər an status-kvonu pozmaq mesajı göndərir”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »