Həm Ermənistanda, həm də Azərbaycan bazarında xidmət göstərən GMS şirkəti ilə bağlı sosial şəbəkələrdə etiraz aksiyası başladılıb.
“Yaxın ayda Ukrayna yəhudiləri tərəfindən yaradılan GMS (isveç-ukraina-israil) telefon operatoru Azərbaycana gələcək və uzun müddətli müqavilə bağlayacaq. Dəhşətlisi odur ki , GMS Ermənistanda fəaliyyət göstərir, və məndə olan məlumata görə Qarabağ telekom üçün də xidmətlər göstərir. GMS rəhbərliyinə sual verəndə ki ,nəyə görə Azərbaycanın 20 % torpaqlar işğal edən Ermənistanda fəaliyyət göstərə- göstərə Azərbaycanda da fəaliyyət göstərmək istəyirsiz? GMS rəhbərliyi bildirir ki, siyasətə qarışmırlar, kim zəmanət verə bilər ki, bizim danışıqlarımız Ermənistana ötürülməyəcək?”
Bu fikirləri “Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İctimai Birliyinin sədri, keçmiş rabitə naziri Sirus Abasbəyli sosial şəbəkədə paylaşıb.
"Mən bir neçə dəfə müəyyən teleşirkət rəhbərlərinə məlumat çatdırmışam ki, (GMS GLOBAL MESSAGE SERVİCES) ermənilərə xidmət edən şirkətlərdən biridir. Bu şirkətin Azərbaycanın mobil şirkətləri ilə 2020-ci ilin mart ayına qədər müqaviləsi var. Ümid edirəm yeni müqavilə respublikamızın milli maraqlarına uyğun olaraq yeni və daha samballı bir şirkət ilə bağlanacaq, müqavilənin uzadılmasına imkan verilməyəcək”,- deyə o bildirib.
Politoloq, Beynəlxalq İnsan Haqları Komitəsinin Azərbaycan üzrə direktor müavini Elçin Axundzadə Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, GMS ofşor şirkətdir: “Ukrayna, İsveç və İsrail tərəfindən yaradılıb, rəhbərləri guya yəhudilərdir. Ermənistanın mobil bazarında işləyir. Buna görə Qarabağ Telekomla da müqavilələri var, onların da xidmətlərini həyata keçirirlər.Onların rəhbərlərindən biri olan Odambaşyana sual veriləndə o cavab verib ki, Qarabağ Telekomun hamı ilə müqaviləsi var, hamı ilə işləyə bilər, biz siyasətə qoşulmuruq. Necə qoşulmursuz? Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib.Sizin burda nə marağınız var bizimlə işləməyə? Azərbaycan məmurları niyə məhz Ermənistanla ortaq olan bir şirkətlə işləyirlər? Getsin işləsin türklə, hər hansı bitərəf başqa bir şirkətlə . Niyə səhəri gün bizm səngərlərdə yatan əsgər balaların danışıqları izlənməlidir, hər məlumatımızln sızdırımayacağına, üçüncü bir ölkə vasitəsi ilə ötürülməyəcəyinə kim zəmanət erə bilər. Mən əminəm ki, cənab prezidentin, vitse-prezidentimizin bu məsəslədən xəbəri yoxdur, biz istəyirik xəbərləri olsun və belə məsuliyyətsizliyə yol vermiş məmurlar cəzalandırılsın.Bu şirkətin Azərbaycan bazarına girməyində məqsədi nədir?Bu qorxulu bir addımdır.Bu qabaqcadan təşkil edilmiş məsələdir. Bir neçə gün öncə BSU-da Azərbaycan xalqının qatili olan Primakovun yubileyi qeyd edildi. Bu da planlaşdırılmışdı. İndi mən əminəm ki, bu GMS şirkətinin də havadarı var və o məxfi planlar həyata keçirə bilər.Mən əminəm ki dövlət başçısının məmurarımızın bu əməlindən xəbəri yoxdur və bu məsələnin işıqlandırılmasında media dövlət başçımızın dostu və köməkçisi olacaq.
GMS şirkətinin məsul nümayəndəsi Olqa Vequs isə bu açıqlamalara şirkətin rəsmi cavabını təqdim edib.
GMS 2006-cı ildən xidmət göstərən İsveç şirkətidir.Biz rabitə mübadiləsi xidməti göstəririk. Bizim şirkət işini etika, vicdan, qanunvericiliyin tələblərinə əməl edilməsi qaydaları əsasında aparır. Biz 2012-ci ildən Azərbaycanın mobil rabitə operatorlarının etibarlı tərəfdaşıyıq. Beynəlxalq tələblərə uyğun biznes partnyorluğumuz var. Qeyd etmək istərdim ki, GMS Dağlıq Qarabağda biznes qurmayıb və belə bir planımız yoxdur.
Sosial şəbəkələrdə həqiqəti əks etdirməyən bu tip məlumatlar bizim Azərbaycanın mobil rabitə şirkətlərə ilə işləməyimizə mane olmaq cəhdidir.. Biz bütün tərəflərə GMS şirkətinin rəsmi mövqeyini əks etdirən faktlarla işləməyi tövsiyə edirik”.
Biz faktları fotoşəkillərlə də təqdim edirik. Qalır bu məsələyə yerli mobil operatorarımızın vətənpərvər yanaşması.
İlhamə Rəsulova
Bizimyol.info