Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşsizlikdən Sığorta Fondunun vəsaiti hara xəclənir?- Ekspertdən açıqlama

Xəbər verildiyi kimi 2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yeni yaradılan İşsizlikdən Sığorta Fonduna ödənilən hər yüz manatın 33,5 manatı Dövlət Məşğulluq Xidmətinin, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin saxlanmasına xərclənəcək. Hökumət Fonda toplanacaq 128 milyon manatın cəmi 5 milyon manatını işsiz statusu alan şəxslərə müavinət şəklində verməyi planlaşdırır.

Məsələ ilə bağlı İşsizlərin Hüquqlarının Müdafiəsi Təşkilatından Bizimyol.info-ya bildirilib ki, yalnız ştat ixtisara düşdükdə və iş yeri bağlandıqda sığorta verilir.

“Hökumətin bu qərarında sonra işsizlik sığortası alanların sayı az olacaq. Onu vurğulayım ki, şərtlərə görə, işsizlərin çoxu işsizlik sığortası ala bilməz. Məsələn əmək müqaviləsinin bitməsinə görə işdən azad edilənlərə sığorta düşmür. Yalnız ştat ixtisara düşdükdə və iş yeri bağlandıqda sığorta verilir. İşləyənlərin və işəgötürənlərin ödənişləri ilə formalaşan İşsizlikdən Sığorta Fondundakı vəsaitin böyük hissəsi Dövlət Məşğulluq Xidmətinin, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin saxlanılmasına sərf olunur. Digər əhəmiyyətli hissəsi isə Özünəməşğulluq proqramına sərf olunur”,-deyə İşsizlərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Aydın Məmmədov bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »